Kəpəz in yeni transferi: Komandamız elitada qalmağa fokuslanıb
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
“Gəncəyə gəldiyim ilk gündən qonaqpərvərliklə qarşılandım. Bu məni sevindirdi. Doğru yerə gəldiyimi hiss etdim”.
Fanat.Az xəbər verir ki, bunu "Kəpəz"in yeni transferi Rati Ardazişvili klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gürcü futbolçu ona bəslənən etimadı doğrultmağa çalışacağını bildirib: “Mənə göstərilən münasibətlə yanaşı şəraitdən də razı olduğumu deyə bilərəm. Klubun müasir bazası, məşq meydançaları var. Yeni stadion tikilir, işləri yaxınlıqdan görə bilirik. Üzərimə düşən etimadı doğrultmaqdır. Burada oynamaq mənim üçün rahatdır. Klubuma inandığım üçün Gəncəyə gəldim. Heyətimiz üzərinə düşəni edə biləcək gücdədir. Qısa vaxtda burada olmağıma baxmayaraq ab-havadan deyə bilərəm ki, komandamız elitada qalmağa fokuslanıb. Biz bir komandayıq, ailəyik, hər şeyi birlikdə etməliyik. Birgə vəziyyəti dəyişə biləcəyik. “Kəpəz”in böyük azarkeş qüvvəsi var. Sosial şəbəkələrdə yazırlar, dəstək olurlar. Onlar üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, Rati "Kəpəz"ə "Samtredia"dan (Gürcüstan) qoşulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 17 Yanvar 2025 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















