Icma.az
close
up
RU
“Kəpəz”in yeni transferi: Əminliklə deyə bilərəm ki, komandamız Premyer Liqada qalacaq MÜSAHİBƏ AZƏRTAC

“Kəpəz”in yeni transferi: Əminliklə deyə bilərəm ki, komandamız Premyer Liqada qalacaq MÜSAHİBƏ AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 yanvar, AZƏRTAC

“Kəpəz” komandasının gürcüstanlı yeni transferi Rati Ardazişvili AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

-"Kəpəz" komandasına keçidiniz necə baş tutdu?

-Klub məni ilk gündən heyətində görmək üçün böyük səy göstərdi. Təbii ki, bu, məni çox xoşbəxt etdi. Rəhbərliyə göstərdikləri ehtimada görə təşəkkür edirəm. Burada olmaqdan xoşbəxtəm.

-Ölkəmiz barədə təəssüratlarınız necədir?

-Daha əvvəl də azərbaycanlılarla ünsiyyət qurmuşam. Bilirdim ki, insanlarınız çox diqqətli və qonaqpərvərdilər. Bura gələndən sonra bundan daha da əmin oldum.

-Azərbaycanda çoxlu gürcü futbolçular çıxış edib. Hazırda da həmyerlilərinizə rast gəlmək olar. Onlardan ölkəmiz barədə məlumat almısınızmı?

-Açığı, Azərbaycan çempionatı ilə bağlı kifayət qədər informasiyam yox idi. Buna görə də bəzi futbolçulardan liqa barədə məlumat aldım. Onlar yalnız xoş sözlər dedilər.

-"Kəpəz" turniri cədvəlində 11 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb. Bu, sizi narahat edirmi?

-Komandanın hansı mövqedə olmasının mənim üçün fərqi yoxdur. Uğur əldə edəcəyimizə inandığım üçün buradayam. Olduğumuz mövqe müvəqqətidir. Mən hər zaman qalib gəlməyə fokuslanıram. Oynadığım klubun birinci və ya doqquzuncu yerdə olması böyük əhəmiyyət kəsb etmir.

-Sizinlə 6 ay+ 1 illik müqavilə imzalanıb. Komanda elitada qalsa, böyük ehtimal, sözləşmə avtomatik olaraq uzadılacaq. Sizcə, "Kəpəz"i bu çətin vəziyyətdən çıxara biləcəksinizmi?

-Biz bir komandayıq və hər şeyi birlikdə etməliyik. Kollektivdə olan bütün futbolçular önəmlidir. Bacardığım qədər komandaya kömək edəcəyimə inanıram. Bütün fikrimi işimə yönəltmişəm.

-"Kəpəz"in Premyer Liqada qalacağını inanırsınız?

-Əlbəttə. Əminliklə deyə bilərəm ki, bu komanda Premyer Liqada qalacaq.

-Gürcüstan millisinin aşağı yaş qrupları üzrə komandalarında çıxış etmisiniz. Əsas yığmaya yüksələ bilməməyinizə nə səbəb oldu?

-Milli komandalarda oynadığım dönəmdə məşqlərə hər zaman ciddi yanaşırdım. Heç bir məşqi qaçırmırdım. Lakin bəzi qərarları düzgün vermədim. Qarşılaşdığımız hər şey təcrübədir. Mənə dəstək olanlara təşəkkür etmək istəyirəm. “Kəpəz” azarkeşlərindən çox xoş mesajlar aldım. Gəncə şəhərinin futbolu bu qədər sevdiyini bilmirdim. Mənim üçün sevindirici məqam oldu. İnanıram ki, hər şey yaxşı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri