Kəpəz martda transfer etdiyi futbolçunun müqaviləsinə xitam verdi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncənin "Kəpəz" klubu martda sıralarına qatdığı Conston Omurva ilə vidalaşıb.
Oxu.Az xəbər verir ki, mövsümün sonuna kimi müqavilə imzalamış keniyalı artıq ölkəsinə qayıdıb.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən afrikalı legionerin kontraktının ikitərəfli qaydada pozulması səbəbsiz deyil.
Belə ki, 26 yaşlı futbolçu zədə alıb və bir neçə ay yaşıl sahələrdən uzaq qalacaq. İndi isə o, ailəsinin yanında sağlamlığını qaydasına salmaqla məşğul olacaq.
2019-cu ildən bəri Keniya millisinə çağırılan və bu müddətdə 21 oyuna çıxan müdafiəçi son olaraq Səudiyyə Ərəbistanında forma geyinib.
Yanvarda "Abha"dan ayrılandan bəri klubsuz qaldığından, azad agent statusu daşıyırdı.
Bu mövzuda digər xəbərlər:Kəpəz legioneri ilə müqaviləyə xitam verdi
28 Yanvar 2025 09:21
“Kəpəz”dən növbəti transfer
31 İyul 2025 12:52
Kəpəz dən növbəti transfer
03 Fevral 2025 16:39
Beşiktaş altı milyona transfer etdiyi futbolçusunun müqaviləsinə xitam verib
26 Noyabr 2024 13:41
Kəpəz daha bir futbolçunun keçidini rəsmləşdirib
15 Oktyabr 2025 13:04
Baxış sayı:73
Bu xəbər 02 May 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















