Kəpəz ölü nöqtədən tərpəndi Azər Bağırovla gələn ilk qələbə
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azər Bağırov çətinliklərə alışmış mütəxəssisdir. Məşqçi kimi çalışanı uzun zaman olsa da, Premyer Liqada işləmək fürsəti bir neçə il əvvəl yaranıb. O da ki, Region Liqasından Premyer Liqaya qaldırdığı "Araz-Naxçıvan"la. Bir növ özü-özünə yol açıb elitaya.
Ötən mövsüm ardıcıl 5 məğlubiyyətdən sonra götürmüşdü "Kəpəz"i. Qışdan sonra tam fərqli oynayan komanda izləyirdik artıq. Məsələ tək "Kəpəz"in Premyer Liqada yerini qoruması deyildi. Güclüləri də büdrətməyi bacaran Azər Bağırovun komandası baxımlı oyunuyla da simpatiya qazanmışdı.
O vaxtdan bu vaxta olub keçənlər barədə çox yazılıb deyə, o mövzuya hər dəfə qayıtmağın mənası yoxdur. Amma bir şeyi mütləq vurğulamaq lazımdır ki, bu dəfə Azər bəy daha çətin tapşırığın öhdəsindən gəlməlidir. Bundan sonra çətin ki, yeni legioner götürə bilsinlər, əldə olan futbolçularla nəticə vermək lazımdır.
Bu gün "Şamaxı" üzərində qazanılan irihesablı qələbə ümid verdi "Kəpəz" tərəfdarlarına. Əslində, ötən tur "Qarabağ"la oyunda da Azər Bağırovun gəlişi hiss olunmuşdu. Həmin matçda da meydanda istəkli "Kəpəz" görmüşdük.
Baxımlı oyun sayəsində qələbə qazanan "Kəpəz" ölü nöqtədən tərpəndi. "Şamaxı" birinci hissənin sonlarından etibarən azlıqda qalmışdı. Amma o ana qədər "Kəpəz" hesabda irəliydi, daha gözəgəlimli futbol sərgiləyirdi. Yəni, bu qələbəni qırmızı vərəqəyə bağlamaq ədalətsizlik olardı.
"Kəpəz" növbəti tur "İmişli" ilə qarşılaşacaq. Qəbələdəki matçda da qələbə qazana bilsələr, son pilləni tezliklə tərk etmək ehtimalı yaranacaq.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 17 Oktyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















