“Kəpəz” Azər Bağırovla yolları ayıracaq? icraçı direktor aydınlıq gətirdi
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Sizi “Kəpəz”in baş məşqçi postunda dəyişiklik olacağı haqda iddialarla tanış etmişik.
Xatırladaq ki, bəzi saytlarda və sosial şəbəkələrdə Azər Bağırovun Şahin Diniyevlə əvəzlənəcəyi haqda xəbərlər tirajlanır. Buna səbəb kimi hazırkı çalışdırıcının fəaliyyətinin klub rəhbərliyini qane etməməsi göstərilir.
“Football-plus.az” hadisələrin axarına işıq salmaq məqsədiylə “Kəpəz”in icraçı direktoru Cabir İbrahimova bu suallarla müraciət etdi: Azər Bağırovun fəaliyyəti sizi qane edirmi? Onunla yolları ayıracağınız haqda iddialar nə dərəcədə həqiqəti əks etdirir?
Klub rəsmisinin cavabı:
“Düzdü, son günlər baş məşqçimizlə bağlı müxtəlif iddialar səsləndirilir. Lakin Azər Bağırovla komanda və klub rəhbərliyi arasındakı münasibətlər qaydasındadı. Onunla yollarımızı ayıracağımız haqda xəbərlər doğru deyil. Təbii ki, daha yuxarı pillələrdə qərarlaşmaq istəyərdik. Amma sonuncu pillədən xilas olmaq bizim üçün yaxşı nəticədi. İnşallah, qış fasiləsindən sonra turnir cədvəlində daha bir pillə irəliləmək niyyətindəyik”.
Qeyd edək ki, “Kəpəz” Azər Bağırovun rəhbərliyi altında meydana çıxdığı 13 matçda 3 qələbə qazanıb. 2 oyunda “sülh”ə nail olan “sarı-göylər” qalanlarında uduzub.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 26 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















