Icma.az
close
up
RU
“Kəpəz” parlaq qələbə ilə özünə gəldi

“Kəpəz” parlaq qələbə ilə özünə gəldi

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şamaxı - Kəpəz (Gəncə) 1:4 (1:3)
1. Rikardo Fernandes (k) - 4,0
82. Rüfət Abbasov – 5,0
(24. Sənan Muradlı, 85) - qiymətsiz
44. David Santos – 4,5
3. Vladislav Veremeyev - 4,5
(5. Arsen Ağcabəyov, 71) - 4,0
4. Sezar Enrike – 5,5
80. Həbib İsmayılov - 3,0
(17. Rafael Məhərrəmli, 38) - 4,0
8. Alfons Msanqa – 4,5
(97. Oruc Məmmədov, 71) - 4,0
11. Dioqo Balau – 4,0
13. Rikardo Apolinario - 3,5
19. Abdullahi Şuaybu - 3,0
9. Karim Rossi – 4,5
77. Nihat Mehralıyev, 71) - 3,0
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
21. Bilal İsmayılov
27. Emil Süleymanov
14. Ravil Qafarov
6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Sezar Enrike
1. Kasper Rosa – 5,5
27. Məqsəd İsayev - 6,0
(17. Ümid Səmədov, 83) - qiymətsiz
38. Cefferson Bentu – 5,5
29. Dioqo Verdaşka (k) - 5,5
88. Şakir Seyidov – 5,0
12. Mahamadu Ba – 5,5
(5. Rauf Hüseynli, 63) - 5,0
24. Olavale Onanuqa – 5,0
77. Fərid Nəbiyev - 7,5
(99. Əli Səmədov, 87) - qiymətsiz
10. Rinosuke Ohori – 6,5
11. Vitor Feyjao – 6,0
(7. Ehtiram Şahverdiyev, 63) - 4,5
9. Luis Paçu - 7,0
(53. Şahmar Aşurov, 87) - qiymətsiz
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
21. Sadiq Şəfiyev
55. Kresus Donqo
6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Fərid Nəbiyev
Qollar: S.Enrike, 11 (1:0, D.Santos). F.Nəbiyev, 34 (1:1). F.Nəbiyev, 39 (1:2, M.İsayev). L.Paçu, 67-p. (1:3). L.Paçu, 86 (1:4, F.Nəbiyev).
Vərəqələr: D.Verdaşka, 44 (qeyri-idman hərəkəti) M.Ba, 46 (qeyri-idman hərəkəti). R.Məhərrəmli, 64 (qeyri-idman hərəkəti). S.Enrike, 79 (qeyri-idman hərəkəti). O.Məmmədov, 90+1 (qeyri-idman hərəkəti). E.Şahverdiyev, 90+1 (qeyri-idman hərəkəti). K.Rosa, 90+3 (oyunun bərpasının ləngidilməsi) - sarı. A.Şuaybu, 44 (təcavüzkar davranış) - qırmızı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmrəli, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Azər Əsgərov (Bakı).
14 oktyabr. Şamaxı. şəhər stadionu. 500 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 4, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Uzun müddət yığmanın düşərgəsində olan Ayxan Abbasovun bu müddətdə rəqibi təhlik etmək üçün yaxşı vaxt qazanan Azər Bağırovun “Kəpəz”i ilə dueldə çətinlik çəkəcəyi aydın idi.

Lakin oyun “şirlər”in istədiyi kimi başladı. Matçda ilk təhlükəli vəziyyəti yaradan meydan sahibləri hesabı da açmağa nail oldu. Cərimə zərbəsindən sonra Rüfətin asması Santosa gəldi. Onun başla ötürməsini isə Enrike qolla tamamladı. Oyunda temp çox aşağı, təhlükəli vəziyyətlərin sayı da az idi. Gəncəlilər ilk təhlükəli vəziyyəti 30-cu dəqiqədə yarada bildi. Banın uzaqdan zərbəsi tirin üstündən keçdi. 34-cü dəqiqədə isə qolda məhsuldar ötürmə ilə önəmli rol oynayan Santos çox kobud səhvə yol verdi. Qarşısına gələn topu düz Fəridin ayağına verdi. Fərid də belə hədiyyəni dəyərləndirməyə bilməzdi. Qoldan ruhlanan gəncəlilər fasiləyə üstün yollandı. 39-cu dəqiqədə cərimə meydançasına şığıyan Ohori topu Məqsədə ötürdü. Məqsəd Fəridi “gördü”, Fərid də tək toxunuşla topu qapıya göndərdi. Beləliklə, “sarı-göylər” hissə başa çatmamış vəziyyəti öz xeyrinə dəyişə bildi.
Oyunun qırılma nöqtəsi 43-cü dəqiqəyə təsadüf etdi. Şuaybu çox yersiz hərəkət etdiyinə görə sarı vərəqə aldı. İşə müdaxilə edən VAR Əliyar Ağayevi çağırdı. FİFA referisi VAR-a baxandan sonra “sarı”nı “qırmızı” ilə dəyişdi. İlk hissənin sonlarında azlıqda qalan Ayxan Abbasovun komandası sanki oyundan qopdu. Hesabda geri olmaları, əsas oyunçularından birini itirmələri “şirlər”in oyun planını pozdu. Amma Azər Bağırovun da haqqını vermək lazımdı. Gəncəlilərin qələbə istəyi aşkar hiss olunurdu. Buna baxmayaraq, 2-ci hissədə ilk təhlükə meydan sahiblərindən gəldi. Rüfətin asmasından sonra Rossinin başla zərbəsi qapının üstündən keçdi.
64-cü dəqiqədə Rafael cərimə meydançasında Paçuya qarşı kobud oynadı - zərbə vurmaq istəyəndə tutub yıxdı. Hakim Rafaeli “sarı” ilə cəzalandırmaqla yanaşı, “Şamaxı”nın qapısına penalti təyin etdi. “Nöqtə”yə yaxınlaşan Paçu hədəfdən yayınmadı. Artıq daha rahat oynayan gəncəlilər rəqibi mərkəzdəcə qabaqlayır, əks-hücumlara çıxmağa çalışırdılar. 85-ci dəqiqədə bu taktika özünü doğrultdu. Fəridin ötürməsindən sonra təkbətək çıxan Paçu topu qapıçının ayaqları arasından qapıya göndərdi.
Oyunun geri qalan hissəsində isə heç bir təhlükə sezilmədi. Beləliklə, Azər Bağırovun gəlişindən sonra ikinci oyuna çıxan “Kəpəz” parlaq qələbə qazandı.
Gözdən qaçmadı
* “Ayın qolu” layihisənin avqust və sentyabr üçün qalibləri - Dioqo Balau və Andrey Tırkovyanu mükafatlandırıldı.
* Matçın sonlarına yaxın Ehtiram Şahverdiyevlə Oruc Məmmədov arasında insident yaşandı, Ehtiram Oruca hədə-qorxu gəldi.
* Meydan sahibləri 3-cü qolu buraxanda gəncəli azarkeşlər “Şamaxı, ay Şamaxı” mahnısını oxudu.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri