Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

“Kəpəz”də maliyyə problemi yoxdu” Azər Bağırov komandasının elitada qalacağına əmindi

“Kəpəz”də maliyyə problemi yoxdu” Azər Bağırov komandasının elitada qalacağına əmindi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Kəpəz” qış fasiləsinə 9-cu pillədə yollandı. Qalan komandalar kimi, Azər Bağırovun yetirmələri də mövsümün ikinci yarısına hazırlaşır.

Bəllidi ki, “sarı-göylər” 10-cu sırada olan “Səbail”lə aradakı xal fərqini artırmaq, premyer-liqada qalmaq üçün ciddi işlər görməlidi. Yoxsa bu böyük şəhərin təmsilçisi növbəti dəfə aşağı dəstəyə yuvarlanacaq.
“Kəpəz”in baş məşqçisi Azər Bağırovla bəzi məsələlər ətrafında söhbətləşdik.
- Komanda cari mövsümün sonunda 1-ci liqaya yuvarlana bilər. Bunun qarşısını almaq üçün hansı addımlar atılır?
- “Kəpəz” premyer-liqadadı. Son oyunların nəticələri və axarı onu göstərdi ki, komandamız yerini qoruyacaq. İnşallah, hər şey yaxşı olacaq.
- “Kəpəz” həm də büdcə problemi yaşayır. Bu çatışmazlıqı nəzərə alsaq, güclənmək üçün hansı planlar cızılıb?
- Heyəti gücləndirməklə bağlı planlarımız var. “Kəpəz”də maliyyə problemi yoxdu. Hər şey qaydasındadı və öz axarı ilə gedir. Bu gün durumumuz bəzi premyer-liqa komandalarıyla müqayisədə daha yaxşıdı.
- Hansı yerli və legioner futbolçular toplanışa hələ də qatılmayıb?
- Bu gün artıq bütün futbolçular qatılıb. Komandamız bir yerdədi. İş gedir, axtarışlarımız davam edir. Yaxın zamanlarda transferlərimiz olacaq.
- Redon Mihana, Viktor Braqa və Lassana Ndiaye ilə yollarınızı ayırmaq planınız var. Bizdə olan bilgiyə görə, Mihana ilə yolları ayırmısız, sadəcə, hələ ictimaiyyətə açıqlamamısız. Bu xəbər doğrudumu?
- Klubun rəsmi səhifəsini izləmək lazımdı. Cavablar orada olur. Az qala hər gün kiminsə gedib-gəlməsi ilə bağlı informasiyalar yayılır. Bu da klubun imicinə ziyandı. Rəsmi xəbərlər çıxandan sonra nələrsə demək olar.
- Digər futbolçularla yolları ayırmaqda niyə yubanırsız? Təzminat istəyirlər, yoxsa onların yerini dolduracaq futbolçular alandan sonramı göndərmək istəyirsiz? Legionerlərlə bağlı hansı addımlar atılır? Bizdə olan bilgiyə görə, əsasən nigeriyalı futbolçularla maraqlanırsınız. Bu nə dərəcədə doğrudu? Hansı mövqelərə transfer edəcəksiz?
- Maraqlandığımız futbolçular var. Avropadan, Asiyadan da var, yalnız Nigeriyadan deyil. Bütün yerlərdən maraqlanırıq. Yaxın zamanda transferlərdən xəbərdar olacağıq.
- Orxan Əliyevlə Turan Manafovun münasibətləri yaxşıdı. Orxanın gedişi Turanın da komandadan ayrılmasına səbəb ola bilərmi? Ona da təkliflər varmı?
- Orxanın əksər komanda yoldaşları ilə arası yaxşıdı. Kimin gedəcəyi, kimin gələcəyi haqda informasiyalar doğru deyil. Turan bu gün komandadı və məşqlərdə iştirak edir.
- Ev oyunlarını Tovuzda keçirirsiz və az azarkeş gəlir. Ev oyunları üçün stadionu dəyişmək mümkündümü?
- Azarkeşlərin az və ya çox gəlməsi baş məşqçinin səlahiyyətində olmayan durumdu. İnanıram ki, oyunlarımız daha da yaxşılaşandan sonra azarkeşlərimizin sayı artacaq. Bütün “Kəpəz” azarkeşlərinə minnətdaram, daim komandanın yanındadılar və dəstəkləyirlər.
- Premyer-liqadan düşmək təhlükəsi ilə üz-üzəsiz. Gəncədən uzaq düşməməyə çalışırsız. Tovuzla Gəncə arasında məsafənin az olmasına baxmayaraq, tribunada, demək olar ki, yalnız fanklubu görürük.
- Şükürlər olsun ki, bu gün komanda 9-cu yerdədi. Qarşıdan gələn oyunlarda azarkeşlər komandamızı dəstəkləyəcək. Bu günə qədər necə yanımızda olublarsa, yenə də inanıram ki, olacaqlar. Bütün bu prosesləri hamımız birlikdə geridə qoyacağıq.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Yanvar 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri