“Kəpəz”in bıçaqlanan futbolçusu martın sonlarında məşqlərə başlaya biləcək
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Kəpəz”in bir müddət əvvəl bıçaqlanan futbolçusu Veysəl Rzayev martın sonlarında məşqlərə başlaya biləcək.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, oyunçunun bərpa müddəti yubanır.
Onun Gəncə təmsilçisindəki taleyi ilə bağlı da qərar verilməyib. V.Rzayev məşqlərə qayıdandan sonra onun komandadakı taleyi bəlli olacaq.
Baş məşqçi Azər Bağırov futbolçunun taleyinə “Sabah”la oyundan sonra aydınlıq gələcəyini bildirsə də, həkimlərin son rəyi planları dəyişib.
Qeyd edək ki, “Kəpəz” Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi. Futbolçu hazırda ev şəraitində müalicəsini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 Fevral 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















