Icma.az
close
up
RU
Kəpəzin həkiminin müharibə XATİRƏLƏRİ

Kəpəzin həkiminin müharibə XATİRƏLƏRİ

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

"Kəpəz" futbol klubunun əsas komandasının həkimi Coşqun Abdullayev zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin, həmçinin Aprel döyüşlərinin və antiterror əməliyyatının iştirakçısıdı.

“Football-plus.az” xəbər verir ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı müharibə dövründə yaralı hərbi qulluqçularımızın sağlamlığının keşiyində durub.
Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Laçının azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmət" ordeni ilə təltif olunub.
O, klubun mətbuat xidməti ilə müharibə illəri ilə bağlı xatirələrini bölüşüb.
- Həkim, bu gün ölkəmizin tarixində böyük günlərdən biridi. Azərbaycan Zəfər Gününü qeyd edir. Dörd il öncə baş verənlərə qayıtmaq istərdik. Müharibə iştirakçısı, bir hərbçi həkim kimi həmin günləri necə xatırlayırsınız?
- İlk öncə bu qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. 44 günlük Vətən müharibəsi ölkəmizin tarixində ən şanlı səhifələrdən biridi. Uzun illər ərzində düşmən tapdağında qalmış torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu tərəfindən azad olundu. Qələbədə Silahlı Qüvvələrdə xidmət edən bir həkim, zabit kimi az da olsa payımız oldu. Ağrılı-acılı günlərdən keçmişik. Müharibə dövründə hospitalımızın heyəti ilə birgə ön xəttdə yaralılarımıza xidmət göstərmişik. Onların sağlamlığının keşiyində durmuşuq. Yaralıların qısa müddətdə döyüş meydanından çıxarılmasında, yenidən sağlam olaraq həyata qayıtmasında rol oynamışıq.
- Prezident İlham Əliyev həmin günlərdə televiziya vasitəsilə xalqımıza müraciət edib hansı kəndlərin, rayon mərkəzinin, şəhərin azad olunmasını bildirirdi. Biz tamaşaçılardan fərqli olaraq siz bu xəbərlərlə daha tez tanış olurdunuz. Hansı hissləri yaşayırdınız?
- Əvəzolunmaz hisslər idi. Onları sözlə ifadə etmək çox çətindir. 30 il ərzində işğalda olan hər hansı bir kəndin, şəhərin azad olunması ilə bizim də ürəyimiz qürur hissi ilə dolurdu. Qısa müddət ərzində torpaqlarımızın işğaldan azad olunması, itkilərimizin az olması, müharibənin qələbə ilə başa çatması bizim hamımızı sevindirirdi.
- Müharibə dövründə hansı epizod və ya hadisə daim gözünüz önündə canlanır?
- Savaş müddətində Qubadlının Xanlıqlar kəndində səhra hospitalı qurulmuşdu. Orada tibb fəaliyyətinə başladığımız ilk gündən ön xəttdə olan ordu birliklərində ruh yüksəkliyi yaranmışdı. Onlar irəlilədikcə bizim də əsgərlərimizin, zabitlərimizin arxasınca getməyimiz sevincə səbəb olmuşdu. Çünki yaralıları hospitala çatdırmaq üçün məsafə azalmışdı. Bu da zaman itkisini aradan qaldırmışdı. Döyüşdə olan yaralılar qısa müddətdə hospitala çatdırılırdılar ki, orada onlara lazımi xidməti göstərə bilirdik. Bir neçə əsgərlə bağlı yaşananlar hələ də lap yaxşı xatirimdədir. Bir hərbçimiz mina partlayışı nəticəsində ayağının birini itirmişdi. Onun döyüş qabiliyyəti, ruh yüksəkliyi bizi çox təəcübləndirmişdi. Vəziyyətinə baxmayaraq, ağrı hiss etmədən tezliklə döyüş bölgəsinə göndərilməsini istəyirdi. O, əsgər yoldaşlarının yanına, döyüş mövqeyinə tələsirdi. Belə hərbçilərimiz çox idi. Onların fədakarlığı bizi məətəl qoyurdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Noyabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri