Icma.az
close
up
RU
Kəpəzin həkiminin müharibə XATİRƏLƏRİ MÜSAHİBƏ İdman və Biz

Kəpəzin həkiminin müharibə XATİRƏLƏRİ MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Kəpəz" futbol klubunun əsas komandasının həkimi Coşqun Abdullayev zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin, həmçinin Aprel döyüşlərinin və antiterror əməliyyatının iştirakçısıdır.

İdman.biz xəbər verir ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı müharibə dövründə yaralı hərbi qulluqçularımızın sağlamlığının keşiyində durub.

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Laçının azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmət" ordeni ilə təltif olunub.

O, klubun mətbuat xidməti ilə müharibə illəri ilə bağlı xatirələrini bölüşüb.

- Həkim, bu gün ölkəmizin tarixində böyük günlərdən biridir. Azərbaycan Zəfər Gününü qeyd edir. Dörd il öncə baş verənlərə qayıtmaq istərdik. Müharibə iştirakçısı, bir hərbçi həkim kimi həmin günləri necə xatırlayırsınız?

- İlk öncə bu qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. 44 günlük Vətən müharibəsi ölkəmizin tarixində ən şanlı səhifələrdən biridir. Uzun illər ərzində düşmən tapdağında qalmış torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu tərəfindən azad olundu. Qələbədə Silahlı Qüvvələrdə xidmət edən bir həkim, zabit kimi az da olsa payımız oldu. Ağrılı-acılı günlərdən keçmişik. Müharibə dövründə hospitalımızın heyəti ilə birgə ön xəttdə yaralılarımıza xidmət göstərmişik. Onların sağlamlığının keşiyində durmuşuq. Yaralıların qısa müddətdə döyüş meydanından çıxarılmasında, yenidən sağlam olaraq həyata qayıtmasında rol oynamışıq.

- Prezident İlham Əliyev həmin günlərdə televiziya vasitəsilə xalqımıza müraciət edib hansı kəndlərin, rayon mərkəzinin, şəhərin azad olunmasını bildirirdi. Biz tamaşaçılardan fərqli olaraq siz bu xəbərlərlə daha tez tanış olurdunuz. Hansı hissləri yaşayırdınız?

- Əvəzolunmaz hisslər idi. Onları sözlə ifadə etmək çox çətindir. 30 il ərzində işğalda olan hər hansı bir kəndin, şəhərin azad olunması ilə bizim də ürəyimiz qürur hissi ilə dolurdu. Qısa müddət ərzində torpaqlarımızın işğaldan azad olunması, itkilərimizin az olması, müharibənin qələbə ilə başa çatması bizim hamımızı sevindirirdi.

- Müharibə dövründə hansı epizod və ya hadisə daim gözünüz önündə canlanır?

- Savaş müddətində Qubadlının Xanlıqlar kəndində səhra hospitalı qurulmuşdu. Orada tibb fəaliyyətinə başladığımız ilk gündən ön xəttdə olan ordu birliklərində ruh yüksəkliyi yaranmışdı. Onlar irəlilədikcə bizim də əsgərlərimizin, zabitlərimizin arxasınca getməyimiz sevincə səbəb olmuşdu. Çünki yaralıları hospitala çatdırmaq üçün məsafə azalmışdı. Bu da zaman itkisini aradan qaldırmışdı. Döyüşdə olan yaralılar qısa müddətdə hospitala çatdırılırdılar ki, orada onlara lazımi xidməti göstərə bilirdik. Bir neçə əsgərlə bağlı yaşananlar hələ də lap yaxşı xatirimdədir. Bir hərbçimiz mina partlayışı nəticəsində ayağının birini itirmişdi. Onun döyüş qabiliyyəti, ruh yüksəkliyi bizi çox təəcübləndirmişdi. Vəziyyətinə baxmayaraq, ağrı hiss etmədən tezliklə döyüş bölgəsinə göndərilməsini istəyirdi. O, əsgər yoldaşlarının yanına, döyüş mövqeyinə tələsirdi. Belə hərbçilərimiz çox idi. Onların fədakarlığı bizi məətəl qoyurdu.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri