Icma.az
close
up
RU
“Kəpəz”in legioneri: “Karyeramda ilk dəfədir ki, bu cür halla üzləşirəm” MÜSAHİBƏ

“Kəpəz”in legioneri: “Karyeramda ilk dəfədir ki, bu cür halla üzləşirəm” MÜSAHİBƏ

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kəpəz”in portuqaliyalı müdafiəçisi Dioqo Verdaskanın futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 30-cu turunda “Araz-Naxçıvan”la heç-heçə (0:0) etdiniz. Oyunla bağlı fikirləriniz necədir? Qazanılan 1 xal sizi qane etdimi?

– Yaxşı oyun göstərdiyimizi düşünürəm. Bir neçə qol şansımız oldu. Düzdür, qalib gələ bilmədik, ancaq meydandan xalla və qol buraxmadan ayrılmaq da bizim üçün vacibdir. Bu mənada, heç-heçəni yaxşı nəticə hesab edirəm.

– Digər görüşdə “Səbail” “Qarabağ”a uduzduğu (1:4) üçün onlarla aranızdakı xal fərqi 8-ə yüksəldi. Bu, “Kəpəz”in Premyer Liqadakı yerini saxlayacağını deməyə əsas verir?

– İndiki vəziyyətdə biz liqada qalmaq məqsədimizə daha yaxınıq, amma işimiz hələ bitməyib. Buna görə də eyni konsentrasiyanı saxlamalı və bütün görüşlərə yaxşı nəticə üçün çıxmalıyıq.

– Növbəti turda “Şamaxı”nın qonağı olacaqsınız. Bu oyunda qələbə qazansanız, rəqiblə xallarınızı bərabərləşdirəcəksiniz. Səfərdən 3 xalla qayıtmaq mümkün olacaq?

– Bəli, düşünürəm ki, bu görüşdə qalib gələ bilərik. Düzdür, səfərdə oynayacağıq. Ancaq cari mövsümdə artıq 1 dəfə Şamaxıdan 3 xalla qayıtmışıq. Əgər budəfəki matça da mental baxımdan eyni yanaşsaq, əminəm ki, səfərdən qələbə ilə dönəcəyik.

– Artıq 7 aydır ki, Azərbaycan çempionatında çıxış edirsiniz. Misli Premyer Liqasının əvvəl oynadığınız liqalardan fərqi nədir?

– Ən böyük fərqlərdən biri süni ot örtüyündə oynamaqdır. Futbolçu karyeramda ilk dəfədir ki, bu cür halla üzləşirəm.

– “Kəpəz”də ən çox hansı komanda yoldaşınızla meydanda bir-birinizi yaxşı başa düşürsünüz və futboldankənar da dostluğunuz var?

– Meydanda ən yaxşı anlaşdığım komanda yoldaşım Rojerio Santosdur. Birincisi, biz yaxın mövqelərdə çıxış edirik: o qapıçıdır, mən isə müüdafiəçi. İkincisi, hər ikimiz Portuqaliyadanıq. Meydandan kənarda da onunla əla münasibətimiz var. Hətta eyni binada yaşayırıq.

– Azərbaycan çempionatında sizi ən çox çətinə salan hücumçu kimdir?

– Mənim üçün liqada ən çətin hücumçu komanda yoldaşım Luis Paçudur. Düşünürəm ki, o, hərtərəfli, mükəmməl forvarddır. Açığı, məşqlərdə Paçuya qarşı oynamağı xoşlamıram (gülür). Rəqib komandalarda çıxış edən hücumçulardan ad çəkməli olsam, “Sabah”ın üzvü Pavol Safrankonu deyərdim. Onun da mükəmməl hücumçu olduğunu düşünürəm. Safrankoya qarşı oynamaq çox çətindir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Aprel 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri