“Kəpəz”in oyunu kinoteatrda
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının IX turunda “Kəpəz”in “Şəfa”ya qarşı səfər matçı Gəncə Mall-da yerləşən “CineMastercard” kinoteatrında nümayiş etdiriləcək.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunu geniş ekran və müasir səs avadanlıqlarına malik zalda izləmək istəyən futbol həvəskarları biletləri 3 manata əldə bilərlər.
Biletlərin sayı məhduddur, matçın göstəriləcəyi 1-ci zalda cəmi 100 yer var.
Qarşılaşma sabah saat 16:30-da başlayacaq.
Xatırladaq ki, “sarı-göylər”in bundan əvvəlki səfər oyunu – oktyabrın 9-da “Araz-Naxçıvan”la görüşü (2:0) də “CineMastercard”da nümayiş olunub.
Baxış sayı:112
Bu xəbər 23 Oktyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















