Icma.az
close
up
RU
“Kəpəz”in ağır missiyası

“Kəpəz”in ağır missiyası

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Kəpəz”in İdarə Heyətinə yeni sədrin seçilməsiylə Gəncə futbolunda yeni dönəm başladı. Bununla da aylarla, bəlkə də illərlə davam edən narahatlığa son qoyuldu.

Düzdü, rəsmi açıqlamanı bir neçə dəfə oxusam da, kluba kimin sponsorluq edəcəyi ilə bağlı nəsə görə bilmədim. Bəlkə də hardasa yazılıb, mənim xəbərim yoxdu. Sözsüz, söhbət rəsmi şəkildə təsdiqlənmiş addan gedir. Ehtimalları mən də görüb-eşidirəm. Örtülü bazarın dostluğu pozma ehtimalını da nəzər alıb, “Kəpəz”ə xeyirli olsun” deyirəm.
“Kəpəz”in, ümumiyyətlə, Gəncə futbolunun Azərbaycan üçün hansı dərəcədə əhəmiyyətli olduğunu demək artıqdı. Belədə “Kəpəz”in güclənməsi və inkişaf etməsi ilə ümumilikdə Azərbaycan futbolunda da inkişaf meyilləri görəcəyimiz şübhə doğurmur.
Kimsə düşünürsə ki, “Kəpəz”in problemləri bununla da bitdi və irəlidə “sarı-göylər”i bir-birindən gözəl günlər gözləyir, həmin adam yanılır. Gəncə futbolunda necə mürəkkəb vəziyyət olduğunu, “Kəpəz”də işləməyin, uğur qazanmağın necə çətin olduğunu hamı bilir. Gəncə futbolu xeyli istedadlar üzə çıxarsa da, “Kəpəz”in uğurları 90-cı illərin sonlarında qalıb. Onda da Azərbaycan futbolunun şərtləri tam başqa olub. Fakt odu ki, son 20-25 ildə “Kəpəz”in adıyla bağlı olan hansısa böyük uğurdan danışmağa dəyməz. Ortada nə hansısa kəşf edilmiş gəncəli istedad var, nə də “Kəpəz”in adına və şöhrətinə layiq olan uğur. Şahin Diniyevin “Kəpəz”i çalışdırdığı dönəmdə avrokuboklara qazanılan vəsiqə isə epizodik xarakter daşıdı. Ondan sonra “Kəpəz” elə təlatümlərlə üz-üzə qaldı ki, həmin o xırda-para uğurlar da yaddan çıxdı.
Ardınca isə təlatümlər başladı, aşağı divizion düşmək və yenidən elitaya yüksəlmək, ardınca isə premyer-liqada qalmaq uğrunda amansız mübarizə. Yəni “Kəpəz” son iki mövsümdə öz canının, daha doğrusu, elitadakı yerini qorumağın hayında olub. Ona görə də hansısa böyük məqsədlərdən danışmağa da dəyməyib. Üstəlik klubda tez-tez baş məşqçi dəyişiklikləri yaşanıb. Bütün bunların fonunda “Kəpəz”in tarixinə qara hərflərlə yazılan böyükhesablı məğlubiyyətlərə də rast gəlinib. Gəncə stadionunun qəzalı vəziyyətdə olması, tribunaların böyük bir qisminin azarkeşlərin üzünə qapadılması da dərdin üstünə dərd gətirib. Nəhayət, şəhər stadionu təmirə bağlanıb və bunun da nəticəsində “sarı-göylər” “qaçqın kluba” çevrilib, rəqiblərini gah Qəbələdə, gah Bakıda, gah da Tovuzda qəbul etmək məcburiyyətində qalıb.
Bütün bu sadaladıqlarım son illərin qısa xronologiyası, acınacaqlı tablonun bəzi cizgiləridi. Sözsüz, ölüm-qalım savaşı verən “Kəpəz” uşaq futboluna da lazımı diqqəti ayırmaq, akademiyada istedad yetişdirmək barədə düşünməyib. Heç də təsadüfi deyil ki, bu yaxınlarda paytaxt klublarından birinin Göygöldə keçirdiyi seçimlərə “Kəpəz”in aşağı yaş qruplarında çıxış edən xeyli azyaşlı qatılıbmış. Onlar daha yaxşı perspektiv və şərait naminə Bakıya üz tutmağa çalışırmışlar. Halbuki “Kəpəz”in varlığını qoruması, Gəncədə böyük futbolun olması elə həmin o gəncəli uşaqların gələcək inkişafı üçün vacib sayılır.
Klubdakı son dəyişikliklərdən sonra söz sahibinə çevrilən şəxslər bütün bu nüansları nəzərə almalıdı. Qısa müddətdə böyük pullar xərcləyib, aldadıcı uğurların dalınca qaçmaq olmaz. Lap elə bir mövsüm 3-cü yer tutdun, sonra Konfrans Liqasında çıxış etdin. Sonra nə olacaq?
Ümumiyyətlə, Azərbaycan futbolunda hamının medallar və avrokuboklara vəsiqə uğrunda mübarizə aparması ənənəsinə son qoymaq lazımdı. Xüsusən də bölgə təmsilçiləri, “Kəpəz” kimi ənənələri olan komanda bundan imtina etməlidi. Əsas məqsəd klubun yetirmələrinin inkişafı, istedadların önünün açılması olmalıdı. Yararsız legionerlərin qarşılanıb-yola salınmasına milyonlar xərcləməyə dəyməz. Həmin pulları uşaq futboluna yatırmaqla daha böyük və qalıcı nəticələr qazanmaq mümkündü. Yetər ki, düzgün strategiya qurulsun və onun icrasına səbrlə yanaşılsın. Belə olmasa, sponsorların pulları havaya sovrulacaq, Gəncə futbolunun başı üzərindən də qara buludlar, qalmaqallar əskilməyəcək.
Ümid edirəm ki, yeni rəhbərlik reallığı düzgün qiymətləndirib, “Kəpəz”in missiyasını həyata keçirməyi bacaracaq.
AMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 May 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri