Icma.az
close
up
RU
Kəpəzin yeni gürcüsü: Gəncə şəhərinin futbolu bu qədər sevdiyini bilmirdim

Kəpəzin yeni gürcüsü: Gəncə şəhərinin futbolu bu qədər sevdiyini bilmirdim

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kəpəz" yeni transferi Rati Ardazişvili AZƏRTAC-a müsahibə verib. Sport24.az gürcü futbolçunun müsahibəsini təqdim edir.

- "Kəpəz"ə keçidiniz necə baş tutdu?
- Klub məni ilk gündən heyətində görmək üçün böyük səy göstərdi. Təbii ki, bu, məni çox xoşbəxt etdi. Rəhbərliyə göstərdikləri etimada görə təşəkkür edirəm. Burada olmaqdan xoşbəxtəm.

- Ölkəmiz barədə təəssüratlarınız necədir?
- Daha əvvəl də azərbaycanlılarla ünsiyyət qurmuşam. Bilirdim ki, insanlarınız çox diqqətli və qonaqpərvərdilər. Bura gələndən sonra bundan daha da əmin oldum.

- Azərbaycanda çoxlu gürcü futbolçular çıxış edib. Hazırda da həmyerlilərinizə rast gəlmək olar. Onlardan ölkəmiz barədə məlumat almısınızmı?
- Açığı, Azərbaycan çempionatı ilə bağlı kifayət qədər informasiyam yox idi. Buna görə də bəzi futbolçulardan liqa barədə məlumat aldım. Onlar yalnız xoş sözlər dedilər.

- "Kəpəz" turniri cədvəlində 11 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb. Bu, sizi narahat edirmi?
- Komandanın hansı mövqedə olmasının mənim üçün fərqi yoxdur. Uğur əldə edəcəyimizə inandığım üçün buradayam. Olduğumuz mövqe müvəqqətidir. Hər zaman qalib gəlməyə fokuslanıram. Oynadığım klubun birinci və ya doqquzuncu yerdə olması böyük əhəmiyyət kəsb etmir.

- Sizinlə 6 ay+ 1 illik müqavilə imzalanıb. Komanda elitada qalsa, böyük ehtimal, sözləşmə avtomatik olaraq uzadılacaq. Sizcə, "Kəpəz"i bu çətin vəziyyətdən çıxara biləcəksinizmi?
- Biz bir komandayıq və hər şeyi birlikdə etməliyik. Heyətdə olan bütün futbolçular önəmlidir. Bacardığım qədər komandaya kömək edəcəyimə inanıram. Bütün fikrimi işimə yönəltmişəm.

- "Kəpəz"in Premyer Liqada qalacağına inanırsınız?
- Əlbəttə. Əminliklə deyə bilərəm ki, bu komanda Premyer Liqada qalacaq.

- Gürcüstan millisinin aşağı yaş qrupları üzrə komandalarında çıxış etmisiniz. Əsas yığmaya yüksələ bilməməyinizə nə səbəb oldu?
- Milli komandalarda oynadığım dönəmdə məşqlərə hər zaman ciddi yanaşırdım. Heç bir məşqi qaçırmırdım. Lakin bəzi qərarları düzgün vermədim. Qarşılaşdığımız hər şey təcrübədir. Mənə dəstək olanlara təşəkkür etmək istəyirəm. "Kəpəz" azarkeşlərindən çox xoş mesajlar aldım. Gəncə şəhərinin futbolu bu qədər sevdiyini bilmirdim. Mənim üçün sevindirici məqam oldu. İnanıram ki, hər şey yaxşı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sport24.az
archiveBu xəbər 13 Yanvar 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri