Icma.az
close
up
RU
Gəncə şəhərinin marşrut şəbəkəsi yenidən formalaşdırılıb

Gəncə şəhərinin marşrut şəbəkəsi yenidən formalaşdırılıb

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd olunub ki, mövcud marşrut xətlərində optimallaşdırma aparılıb, yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə keçirilib və qaliblər müəyyən edilib. Ümumilikdə 280 müasir və komfortlu avtobus sərnişindaşımada istifadə olunmaq üçün alınıb.

Məlumatda bildirilir ki, əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gediş haqqını "CityCard" nağdsız ödəniş sistemi, NFC texnologiyasından istifadə edərək istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri olan "Google Pay" və "Apple Pay" vasitəsilə ödəmək mümkündür. Həyata keçirilən işlər arasında ictimai nəqliyyat sahəsində çalışacaq peşəkar və məsuliyyətli sürücü heyətinin formalaşdırılması da var.

Bu işə töhfə vermək məqsədilə AYNA-nın Təlim-Tədris Mərkəzinin əməkdaşları Gəncədə avtobus sürücüləri üçün peşə fəaliyyəti, davranış qaydaları üzrə təlimlər keçiriblər. 423 sürücü təlim və imtahan prosesini uğurla bitirib. Eyni zamanda Gəncədə ictimai nəqliyyatın səmərəli idarə olunmasını təmin etmək məqsədilə müasir standartlara cavab verən yeni avtobus deposu kompleksi istifadəyə verilib.

Kompleksdə ümumilikdə 300 avtobusa xidmət göstərməyə şərait mövcuddur. Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izlənəcək. Sərnişindaşıma sahəsinin optimallaşması istiqamətində bir sıra layihələr həyata keçirilib. Bunlardan biri də Dəmiryolu vağzalının qarşısında nəqliyyat qovşağı layihəsi - Nəqliyyat Mübadilə Məntəqəsidir. Burada dəmiryolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb. Parklanma və sərnişinlərin minib-düşməsi üçün ərazilər nəzərdə tutulub. Müasir tipli avtobus dayanacaqları və pavilyonlar quraşdırılıb. Ümumilikdə qovşağa 6 marşrut xətti daxil olacaq və onlardan 2-nin son dayanacağı burada yerləşəcək. Samux istiqamətində hərəkət edən avtobusların da qovşağa gəlməsi nəzərdə tutulub.

Gəncə şəhərində təhlillər nəticəsində gediş-gəlişin və sıxlığın çox olduğu ərazilərdə yol infrastrukturu nəzərə alınaraq 34 müasir dayanacaq pavilyonu quraşdırılıb. Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub, eyni zamanda 12 min kvadratmetr sahədə isə əl işləri həyata keçirilib. Yenilənmə aparılan küçə və prospektlərdə müasir yanaşmadan istifadə olunub. Xətlənmə işləri yüksək keyfiyyətlə həyata keçirilib. Görülən işlər çərçivəsində ümumilikdə 4 000-dən çox yol nişanı quraşdırılıb. Gəncə şəhərində təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib. Hazırda 2.7 km mikromobillik zolağı əlaqələndirilib, əlavə olaraq 1-ci mərhələdə 2.6 km yolun çəkilməsi nəzərdə tutulur. Şəbəkənin uzunluğunun 5.3 km-ə çatdırılması planlaşdırılır. Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub. Şəhərin 3 yerində minib-düşmə məntəqəsinin yeri müəyyənləşdirilib, müvafiq nişanlar quraşdırılıb. Gəncədə həyata keçirilən bütün dəyişikliklər şəhər daxilində ictimai nəqliyyatın optimallaşdırılmasına, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsinə, piyadaların və sürücülərin təhlükəsizliyinin artırılmasına xidmət edir.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri