Icma.az
close
up
RU
Keratopiqmentasiya: dəb sizi kor edə bilər

Keratopiqmentasiya: dəb sizi kor edə bilər

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Müasir tibb inqilab edir desək, bəlkə də ən doğru ifadəni işlətmiş olarıq. Amma bu inqilab həmişə insanlığın xeyrinə olmur, onu da etiraf edək. Öz görünüşündən narazı olanların əl atdığı tibbi müdaxilələr hər gün daha da çoxalır. Bununla paralel, öz görünüşündən narazı olan insanların sayı da getdikcə artır. İnsanlar bir şeyin fərqində deyil ki, bu istəklərin arxasında böyük risklər də var. Son ayların populyar tibbi müdaxilələrindən biri də lazerlə göz rənginin dəyişdirilməsidir.

Göz rənginin dəyişməsi mümkündürmü?

Əvvəl bu sualın cavabı birmənalı olaraq “xeyr” idi, amma indi gözlərə cihaz vasitəsi ilə müdaxilə edərək rəngini dəyişmək olur. Maraqlıdır, bunu necə edirlər? Gözə rəng verən təbəqənin adı irisdir. İris gözün şəffaf təbəqəsi olan buynuz qişanın düz arxasında yerləşən təbəqədir. İnsanın göz rəngini təyin edən əsas piqment isə melanindir. Daha az melanin gözlərin daha açıq rəngli olması deməkdir, dolayısı ilə daha çox melanin daha tünd göz rəngidir.

Yeni doğulanlarda iris nisbətən açıq rəngdə olur, lakin ilk aylarda rəng tündləşə bilər. Səbəbi də zamanla melanin piqmentinin əmələ gəlməsidir. Ancaq insanda melanin sintezinin miqdarı genetik faktorlardan asılı olduğundan, insanın göz rəngi də irsi faktorlara əsaslana bilər. İrisin son tonu beş yaşa qədər, bəzi insanlarda isə 10 yaşa qədər formalaşır. Bu müddət ərzində bədəndə melaninin miqdarı artır, bu da rəngin intensivliyinə təsir göstərir. Bundan sonra göz rəngi həyat boyu dəyişməz qalır. İrisin kölgəsindəki hər hansı bir dəyişiklik isə patoloji prosesin səbəbidir.

Göz başqa cür rənglənə bilərmi?

Gözün rənginin lazer üsulu ilə dəyişməsi texnikası amerikalı həkim Qreq Homer tərəfindən hazırlanıb. Göz rəngini dəyişdirmək üçün lazer texnologiyasının yaradıcısı Stroma Medical şirkəti bu əməliyyatın heç bir təhlükəsinin olmadığını iddia edir. Texnologiyanın müəllifi doktor Qreqq Homer hesab edir ki, melanin piqmenti yalnız irisin yuxarı hissəsindən çıxarılır. Bununla belə, bir çox oftalmoloq şirkətin bu mövqeyi ilə razılaşmır, metodun tam təhlükəsizliyi haqqında danışmaq üçün hələ tez olduğunu deyirlər. Bu texnologiyanın yaxın tarixdə ortaya çıxdığını nəzərə alsaq, mütəxəssislər hələ bu prosedurun nəticələrinin yaxşı olduğunu iddia etməyin absurd olduğunu deyir.

Gözün rənginin tibbi müdaxilə ilə dəyişdirilməsi ideyası oftalmoloji cərrah Delary Alberto Kan tərəfindən hazırlanıb və patentləşdirilib. Lakin bu ideya gözə implant yerləşdirilməklə rəng dəyişikliyini nəzərdə tutur. Əməliyyat buynuz qişa ilə iris arasında implantın quraşdırılmasını təmin edir. Prosedur ambulator şəraitdə lokal anesteziya altında aparılır, irisin dibində kəsik icra edilir. Bundan sonra, bükülmüş bir silikon o kəsikdən içəri implant yerləşdirilir, implant gözün içərisində açılır və gözünüz istədiyiniz formanı alır.

Qeyd etdiyimiz kimi, insanın göz rəngini müəyyən edən əsas faktor melanin piqmentinin miqdarıdır. Qəhvəyi gözlü insanlarda irisin daxili və xarici hissələrində çox miqdarda, açıq göz rəngi olan insanlarda isə bir neçə dəfə az olur. Rəngin doyması melaninin miqdarından asılıdır. Gözn rənginin dəyişdirilməsi zamanı lazer şüası piqmenti məhv edir, bu da irisin xarici təbəqəsində göz rənginin açılmasına gətirib çıxarır. Əməliyyatdan sonra bir neçə gün ərzində göz rəngi piqment hüceyrələrinin ölməsi səbəbindən əməliyyatdan əvvəlkindən də tünd ola bilər, amma sonra irisin nəzərəçarpacaq dərəcədə açılması baş verir. Bilmək lazımdır ki, piqment hüceyrələri bərpa olunmur.

32 min həkim “olmaz” deyir

Amerika Oftalmologiya Akademiyası, Amerika Qlaukoma Cəmiyyəti və Oftalmoloqlar Assosiasiyası sağlam gözlərə potensial zərər verə biləcəyi üçün irisin rəngini dəyişdirmək üçün estetik əməliyyat keçirməyi qətiyyətlə rədd edir. Amerika Oftalmologiya Akademiyası dünyanın ən böyük göz həkimləri və cərrahlar birliyidir. Ötən ilin yanvar ayında mətbuatda yayımlanan açıqlamada Amerika Oftalmologiya Akademiyasının klinik nümayəndəsi Joan Giaconi 32,000 həkimdən ibarət bu qlobal birliyin bu əməliyyatın qəti əleyhinə olması barədə açıqlama da verdi. Akademiya göz rəngindən məmnun olmayanlar üçün yeganə təhlükəsiz üsulu linzalar hesab edir, lakin tövsiyə edir ki, göz rəngini dəyişdirməyin ən təhlükəsiz yolu rəngli kontakt linzalar üçün uyğun namizəd olub-olmadığınızı öyrənməkdir, bu linzalar yalnız təyin edildiyi kimi taxılmalı, buraxılmalı və ixtisaslı göz sağlamlığı mütəxəssisi tərəfindən quraşdırılmalıdır.

Dünyanın ən məşhur nəşrləri bu əməliyyatın riskləri haqqında tanınmış həkimlərin açıqlamalarını yayımlayır. “The Guardian” nəşri yazır ki, Londondakı Moorfields özəl göz xəstəxanasında məsləhətçi göz cərrahı və oftalmoloqu, məşhur həkim Aleks Day bildirir ki, bu proseduru bütün ixtisaslı oftolmoloqlar zərərli hesab edir: “Böyük Britaniyada bu əməliyyat sırf zərərlərinə görə qadağandır, amma etdirmək istəyənlər başqa ölkələrə gedib etdirə bilirlər. Unudurlar ki, sonrakı aylarda potensial ağırlaşmalar, korluq yaşa bilərlər. Bu insanlar sağlam gözləri olan insanlardır, gözlərində heç bir problem yoxdur, amma sonra gedib sırf kosmetik səbəblərdən göz sağlamlığına və görmə qabiliyyətinə böyük və uzunmüddətli zərər verə biləcək bir prosedur etdirirlər”.

Bundan sonra İspaniya Oftalmologiya Cəmiyyəti də bu prosedurdan sonra yarana biləcək təhlükələrə görə insanları xəbərdar edib. Gözlərinin rəngini dəyişmək üçün lazer teknologiyasından istifadə edənlərin kor qala bilmə təhlükəsini diqqətə çatdıran Cəmiyyət İspaniyada bu əməliyyatın kütləviləşməsi ehtimalından çəkinir. Rusiyalı məşhur oftolomoq-cərrah Arseniy Kojuhov da bu əməliyyatın gözlərə qarşı zərərli olmasını bildirir: “Müdaxilə gözlərə və onların fəaliyyətinə gözlənilməz təsir göstərə bilər. Bu metodun kifayət qədər yeni olduğunu nəzərə alsaq, həyata keçirilən əməliyyatların nəticələri haqqında çox az məlumat və statistika var. Gözdən piqmentin çıxarılması işığa həssaslığın pozulmasına, cütgörməyə səbəb ola bilər. Katarakt, qlaukoma, görmə kəskinliyinin azalması kimi daha xoşagəlməz nəticələr də mümkündür. Bir oftolmoloq-cərrah kimi bu əməliyyatı məsləhət görmürəm”.

Azərbaycanlı həkimlər nə deyir?

Tanınmış oftolmoloq Paşa Qəlbinur da bu əməliyyatın əleyhinədir. Mətbuata verdiyi açıqlamasında bunu belə əsaslandırır: “Gözün rənginin dəyişdirilməsinin bir neçə üsulu var. Onun tövsiyə olunan üsulu rəngli kontakt linzalar geyinməkdir. Bunun da az da olsa gözə zərəri olur. Ancaq əməliyyat vasitəsilə gözün rənginin dəyişdirilməsi cinayətdir. Dünyanın bütün inkişaf etmiş ölkələrində bu əməliyyat qadağan olunub. Bu əməliyyat nəticəsində müxtəlif göz xəstəlikləri inkişaf edir. Bir neçə ildən sonra bu əməliyyatı keçirən şəxslər görmə qabiliyyətini itirirlər. Bəzən lap görmə qabiliyyətini ən qısa vaxtda belə itirirlər. Göz ən həssas yerdir. Görmə orqanı ətraf mühit haqqında bütün duyğu üzvlərindən 90 faiz çox informasiya verir. Ona görə mən də daxil olmaqla dünyanın tanınmış oftalmoloqları bu əməliyyatın əleyhinədir”.

Cərrah-oftalmoloq Cəmil Həsənov bu əməliyyatın insanları gözdən əlil etdiyini deyir: “Eyni psevdooftalmoloqlar tərəfindən pul qazanmaq xatirinə insanlara necə yalan məlumatlar verildiyini çoxdan müşahidə edirəm. Həmişə ümid edirdim ki, insanlar düzgün seçim edəcəklər. Amma təəssüf ki, kifayət qədər pasiyent sadəlövhlük və məlumatsızlıq ucbatından gözdən əlil olur. Bu prosedurdan sonra xroniki quru göz, ektaziyaya, bulanmaya, buynuz qişanın hidropsuna və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxaran buynuz qişanın deformasiyası, yeridilən boyaya reaksiya kimi xroniki fotofobiya, iltihab, uveit, buynuz qişada yeni qan damarlarının əmələ gəlməsi, buynuz qişada çapıq və görmə itkisinə səbəb ola biləcək bakterial və ya göbələk infeksiyası; buynuz qişada boyanın qeyri-bərabər paylanması, boyanın gözün digər təbəqələrinə nüfuz etməsi, miqrasiya və ya boyanın gözə daxil olması səbəbindən rəngin solması, qlaukoma və tam korluq kimi problemlər yaranır.

Tibb üzrə fəlsəfə doktoru öz facebook səhifəsində yazdığı açıqlamada bildirir ki, əgər gözün rənginin dəyişməsi iltihab və ya buynuz qişanın anadangəlmə anomaliyası səbəbindən gözlərdəki anormal görünüşü, məsələn buynuz qişada bulanma və ya çapığı aradan qaldırmaq üçün edilərsə, bütün fəsadlara bəlkə də göz yummaq olar: “Amma bu, sadəcə olaraq pasiyentin gözünün rəngini dəyişmək istəməsi və israr etməsi səbəbindən edilirsə, ixtisaslı oftalmoloq tərəfindən qəbuledilməzdir. Həkim ən azından, bu əməliyyatın geri dönüşünün olmaması və baş verə biləcək ağırlaşmalar barədə pasiyentə ətraflı məlumat verməlidir, nəinki, pul-qazanc xətirinə insanların arzusunda olduğu göz rəngini reklam etməlidir. Dünyanın bütün oftalmoloji cəmiyyətləri “mən gözlərimin rəngini həmişəlik dəyişmək istəyirəm” səbəbi ilə aparılan bu prosedurun qəti əleyhinədir. Bu gün mavi gözlü, sabah yaşıl gözlü, ertəsi gün qəhvəyi gözlü görünmək istəyirsinizsə, kosmetik (rəngli) kontakt linzalardan istifadə edin”.

Həkim qeyd edir ki, insanları bu əməliyyata göz rənginin dəyişdirilməsi ilə bağlı internetdə yayılan reklam çarxları vadar edir: “Nəticələrini anlamayan insanlar pulsevən həkimlərin təklifi ilə bu uydurmanı qəbul etməyə başlayıblar. Geridönməz nəticə barədə xəbərdarlıq etmək üçün Amerika Oftalmoloqlar Akademiyasının hesabatına baxa bilər. Hər kəsi insanları məlumatlandırmaqla sağlam gözlərə qarşı bu xaosu dayandırmağa səsləyirəm”.

Oftalmoloq-cərrah Sevda Hümmətova deyir: “Fikrimcə bu əməliyyatı normal gözlərdə icra edən həkimlər özləri də bu əməliyyatın ağırlaşmaları barədə cox gözəl məlumatlıdırlar. Çünki, cox az da olsa oftalmoloji savadı olan həkim belə buynuz qişanın necə olduğunu və bu rənglərin göz ücün necə toksik olduğunu bilər. Bunu bilmək ücün tibb elmləri doktoru olmaga ehtiyac yoxdur. Amma hansı məqsədlə, hansı əsasla dünya tərəfindən təsdiq olunmamış əməliyyatı edərək kimə nəyi sübut etməyə calışırlar?”

Biri ala deyir, biri qara göz...

İnsan orqanizminin normal fəaliyyətinə hər hansı müdaxilə həmişə təhlükə daşıyır. Əgər əməliyyat tibbi zərurətdirsə, riski görə almaq olar. Amma bu, sadəcə estetik ambisiyadırsa, onda müsbət və mənfi cəhətləri ölçüb-biçməli və sağlamlığınızı riskə atmamalısınız. Göz kimi vacib orqan olduqda isə iki dəfə düşünmək lazımdır. Həqiqətən göz rənginizi dəyişdirmək istəyirsinizsə, bunu rəngli linzalarla da edə bilərsiniz, amma göz piqmenti ilə oynamaq korluğu dəvətnamə ilə çağırmaq deməkdir.

Qeyd edək ki, bir insanın göz rəngini üç amil müəyyənləşdirir. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi orqanizmdəki piqment miqdarıdır. Melonin nə qədər çox olarsa, iris bir o qədər tünd olur. İkincisi, irqi və etnik xüsusiyyətlərdir. Gözlərin, dərinin və saçın rəngi insanın hansı irqə mənsub olmasından asılıdır. Üçüncü amil genetikadır. Genlər uşağın hansı gözlərə sahib olacağında həlledici rol oynayır. Onların rəngini 100% proqnozlaşdırmaq mümkün olmur, lakin təqribən 75% hallarda açıq gözlü valideynlər açıq irisli uşaq dünyaya gətirirlər. Valideynlərdən ən azı birində tünd göz varsa, çox güman ki, qəhvəyi gözlü uşaqlar doğulacaq.

Gözlər insan orqanizmində ən həssas orqanlardan sayılır. Onlara münasibət də həssas olmalıdır. Ani qərarla göz rəngini dəyişdirən, qara gözlərini yaşıl etdirən, qəhvəyi gözlüdən mavi gözlüyə çevrilən insanlar bir səhər oyanıb işıqlı dünyanı görə bilməyəndə o rəngli gözlərinin bir əhəmiyyəti olacaqmı?

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyul 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see134

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see129

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see128

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see124

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see124

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see124

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see121

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see120

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see120

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see119

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see119

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see119

31 il ötdü...

03 İyul 2025 07:57see117

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see117

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see116

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see115

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see114

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see113

Almaxanım ana oldu

04 İyul 2025 15:22see112

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?

03 İyul 2025 02:45see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri