Icma.az
close
up
RU
Bu içki insanı kor edə bilər

Bu içki insanı kor edə bilər

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsanların ən çox istehlak etdikləri içkilər arasında qəhvə əsas yerlərdən birini tutur. Hətta bir sıra ölkələrdə qəhvə əsas içki hesab edilir.     

Çin alimləri hazır qəhvə istehlakının görmə itkisinə səbəb ola biləcək göz xəstəlikləri riskini artıra biləcəyini açıqlayıblar.

"Cebheinfo.az" xəbər verir ki,  Çin alimləri tərəfindən aparılan yeni bir araşdırma  hazır qəhvə istehlakı sonrakı həyatda görmə itkisinə səbəb ola biləcək göz xəstəliyi olan makula degenerasiyası (AMD) riskini artıra biləcəyini göstərib. Tədqiqat hazır qəhvəyə üstünlük verən insanların bu xəstəliyə tutulma ehtimalının digər qəhvə növlərini istehlak edənlərə nisbətən yeddi qat daha çox olduğunu ortaya qoyub.

Araşdırmalara görə, makula degenerasiyasında gözün tor qişasının mərkəzi hissəsi olan makula zamanla zədələnir. Bu, oxumaq, maşın sürmək və üzləri tanımaq kimi gündəlik funksiyalara mənfi təsir göstərir.

Mütəxəssislər ailəsində makula dejenerasiyası olanların, siqaret çəkənlərin, artıq çəkidən əziyyət çəkənlərin və yüksək qan təzyiqi olanların daha çox risk altında olduğunu bildiriblər. Həmçinin qeyd olunub ki, mavi və ya yaşıl gözlü insanlarda günəş işığına qarşı aşağı piqmentasiya səbəbindən makula dejenerasiyası daha çox inkişaf edir.

Hazır qəhvə istehsalı prosesində istehsal olunan “akrilamid” adlı kimyəvi maddənin qan dövranına daxil olaraq tor qişaya zərər verə biləcəyi düşünülür. Bu kimyəvi maddənin makula degenerasiyasının inkişafında təsirli ola biləcəyi bildirilir.

Tədqiqat Böyük Britaniyanın Biobank və Finlandiyadakı FinnGen konsorsiumunun genetik məlumatları ilə dəstəklənir.  İştirakçıların qəhvə seçimlərini birbaşa yoxlanıb, əksinə, genetik olaraq hansı növ qəhvəyə üstünlük verən fərdlərin üstünlük verdiyi araşdırılıb. İştirakçılar genetik meyllərinə görə ani, üyüdülmüş və ya kofeinsiz qəhvə istehlakçıları kimi qruplaşdırılıb.

Nəticələrə görə, hazır qəhvə içməyə meyilli şəxslərdə quru tip makula degenerasiyasının inkişaf riski 692 faiz, yaş tipli makulyar degenerasiya riski isə 159 faiz artıb. Kofeinsiz qəhvəyə üstünlük verənlərdə "quru tip" makula degenerasiyası riskində 80 faiz artım müşahidə edilib. 

Mütəxəssislər tapıntıların daha geniş tədqiqatlarla təsdiqlənməsinin lazım olduğunu bildiriblər.

Qeyd edək ki, Azərbaycanda da qəhvə istehlak edənlər kifayət qədərdir. Son illərdə isə qəhvə istehlak edənlərin sayı getdikcə  artır. Bu baxımdan, insanlar həmin içkinin yaratdığı təhlükəni nəzərə almalı və sağlamlığını qorumalıdırlar. 

Nigar
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri