Kerç boğazında batan tankerin heyəti xilas edildi: ölən var VİDEO/YENİLƏNİB
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Kerç boğazında qəzaya uğrayan "Volqoneft 212" tankerindən 13 dənizçi xilas edilib, onlardan birində həyat əlaməti yoxdur.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Hazırda xilasedicilər fəlakətlə üzləşən digər tankerdən - “Volqoneft 239”dan dənizçiləri xilas etməyə başlayıblar.
***
"Mi-8 helikopteri Kerç boğazında batmaq üzrə olan "Volqoneft-212" tankerinə doğru yola çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında məlumat verilib.
“Gəmidə neft məhsulları olduğu məlumdur, sızma ilə bağlı məlumat dəqiqləşdirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8-i xilasedicilərlə birlikdə hadisə yerinə uçub", - məlumatda deyilir.
"SHOT" "Telegram" kanalı Kerç boğazında iki yük gəmisinin qəzaya uğradığını bildirib. Güclü dalğalar sahildən bir neçə kilometr aralıda "Volqoneft-212" və Volqoneft-239"u vurub.
***
Rusiyanın “Volqoneft-212” tankeri Kerç boğazında qəzalı vəziyyətə düşüb.
Publika.az ölkə mətbuatına istinadən xəbər verir ki, buna fırtına səbəb olub.
Hadisə sahildən 8 km məsafədə baş verib. Belə ki, tankerin burun hissəsi qopub. 13 nəfərlik heyət hazırda gəminin arxa hissəsində yardım gözləyir.
"Volqoneft-239" tankerinin də fəlakətlə üzləşdiyi bildirilir. Bu tankerin göyərtəsində isə 14 nəfər var.
Hər iki tanker 4 tondan artıq mazut daşıyır.
Ləman
Oxumağa davam et
Reklam
Sizə maraqlı gələ
bilər
Puşkov NATO liderinin planını DE-ŞİFRƏ ETDİ - Avropalıları “Rusiya təhlükəsi” ilə qorxudur ki...
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
Prezidentin istefası qaçılmazdır - İrakli Kobaxidze XƏBƏRDARLIQ ETDİ
37 PUA məhv edildi - Müdafiə Nazirliyi
Simonyan əl-ayağa düşüb: Matviyenko Ermənistana səfər edəcək?
Putin Kadırovu təltif etdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 15 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















