İranda ölən şagirdlər dəfn edildi Yenilənib + Video
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın cənubundakı Minab şəhərində fevralın 28-i qızlar məktəbinə edilən hücumda həlak olan 165 nəfərin dəfn mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, İranın dövlət qurumları dəfn üçün hazırlanmış məzarların fotolarını yayımlayıb.
“Əl-Cəzirə”nin məlumatına görə, dəfn mərasimində minlərlə insan “Amerikaya ölüm”, “İsrailə ölüm” və “Təslim olmayacağıq” şüarları səsləndirib. İsrail ordusu Minaba edilən hər hansı bir zərbədən xəbərsiz olduğunu bildirib. Pentaqon da öz növbəsində məktəbə edilən zərbə barədə məlumatı araşdırdığını qeyd edib.
***11:52
İranda ABŞ və İsrailin qızlar məktəbinə endirdiyi zərbələr nəticəsində ölən şagirdlərlə vida mərasimi keçirilir.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə sözügedən mərasimdən kadrlar yayılıb.
Kadrlarda minlərlə insanın meydanlaşa axışdığı müşahidə olunur.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyat başladıb və elə həmin gün ölkənin Minab şəhərində qızlar məktəbinə zərbə endirilib.
Hücum nəticəsində əksəriyyəti məktəbin şagirdləri olmaqla, ümumilikdə, 165 nəfər həlak olub, daha 96 nəfər yaralanıb.
Bu mövzuda digər xəbərlər:İranda şagirdlər etiraz aksiyası keçiriblər VİDEO
04 Dekabr 2024 14:37
İranda şagirdlər məktəbdən qorxurlar
16 Fevral 2026 15:33
İranda məktəb yandı: Şagirdlər zəhərləndilər
18 Fevral 2025 21:15
Dönərdən zəhərlənən şagirdlər evə BURAXILDI YENİLƏNİB
10 Dekabr 2025 14:25
Gəncədə şagirdlər arasında davanın səbəbi araşdırılır YENİLƏNİB
23 Aprel 2025 18:44
Baxış sayı:117
Bu xəbər 03 Mart 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















