Kərəm Həsənovun qohumuna vəzifə verildi
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə yeni nümayəndə təyin olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sənədə əsasən, bu vəzifəyə İlqar Həsənov təyinat alıb. O, icra nümayəndəsi vəzifəsində Eldəniz Cəfərovu əvəzləyib.
Qeyd edək ki, İlqar Həsənov əvvəllər də Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışıb. Bir neçə il əvvəl isə vəzifəsindən azad olunmuşdu.
Xatırladaq ki, İlqar Həsənov Prezidentin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun əmisi oğludur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:95
Bu xəbər 04 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















