Icma.az
close
up
RU
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi Kərkük musiqi irsinin unudulmaqda olan nümunələrinin bərpasına start verib.

“İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycanın zəngin mədəni irsinin və regional folklor nümunələrinin qorunması, tədqiqi və gələcək nəsillərə çatdırılması istiqamətində növbəti layihənin — “Kərkükdən Gələn Səs: Unudulmuş Nəğmələrin Bərpası” layihəsinin icrasına başlayıb.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Kərkük musiqi mühitinə aid, zamanla arxivlərdə kölgədə qalmış 15 nəğmənin tədqiqi, bərpası və yenidən işlənməsi nəzərdə tutulur.

Layihə rəhbəri Fəridə Mirişovanın sözlərinə görə, tədqiqat zamanı Kərkük folkloruna aid seçilmiş 15 nəğmənin tarixi və musiqi xüsusiyyətləri araşdırılacaq, daha sonra həmin əsərlər Azərbaycan muğam və lad sistemi, eləcə də milli musiqi alətləri ansamblı üçün yenidən işlənəcək. Bununla da uzun müddət səhnə həyatından uzaq qalan nəğmələrin yenidən canlı ifa mühitinə qaytarılması qarşıya məqsəd qoyulur.

“Kərkük musiqi irsi Azərbaycan muğam və folklor ənənəsi ilə dərin mənəvi və tarixi bağlara malikdir. Məqsədimiz Kərkük ustadlarının ifasında lentə alınmış, lakin zaman keçdikcə unudulmaq təhlükəsi ilə üzləşmiş bu nadir musiqi nümunələrini araşdırmaq, bərpa etmək və yenidən səhnəyə qaytarmaqdır. İnanırıq ki, layihə həm Kərkük musiqi irsinin tanıdılmasına, həm də Azərbaycan və Kərkük musiqi ənənələri arasındakı əlaqələrin daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcək”, — deyə Fəridə Mirişova bildirib.

Layihənin sonunda bərpa edilmiş 15 nəğmənin canlı ifa formatında təqdim olunması nəzərdə tutulur. Beləliklə, arxivlərdə qorunan və unudulmaqda olan musiqi nümunələri yenidən səhnə həyatına qazandırılaraq Azərbaycan musiqi-mədəni irsinin bir parçası kimi gələcək nəsillərə çatdırılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Avqust 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see359

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see314

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see286

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see281

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see276

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see272

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see262

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see250

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see248

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see234

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see233

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see229

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see228

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see223

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see217

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see215

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see213

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see201

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see194

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri