Kərkükdən Bakıya uçuşlar iyunda BAŞLAYACAQ
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
İyun ayında Kərkük Hava Limanından Azərbaycana uçuşların başlaması gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Kərkük Hava Limanının mətbuat katibi Herdi Samed bildirib ki, "İraq Hava Yolları" yaxın zamanda Azərbaycana ilk uçuşunu həyata keçirəcək.
O, reyslərin başlanacağı dəqiq tarixi açıqlamasa da, Kərkük-Bakı marşrutu üzrə uçuşların ən gec iyun ayında həyata keçiriləcəyini vurğulayıb.
Məlumata görə, İraq ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra hava məkanını uçuşlar üçün bağlamışdı.
Qeyd edək ki, Kərkük Hava Limanı 2022-ci il oktyabrın 16-da istifadəyə verilib.
Bu mövzuda digər xəbərlər:Yaxın vaxtlarda Tehran və Təbrizdən Bakıya birbaşa uçuşlar başlayacaq
06 May 2025 12:00
Nijnevartovskdan Bakıya birbaşa reyslər BAŞLAYACAQ
14 Mart 2025 16:22
Rusiyadan Abxaziyaya uçuşlar başlayacaq
15 Aprel 2025 13:27
İyundan Şımkentə birbaşa uçuşlar başlayacaq
22 Aprel 2025 09:42
İraq Kərkükdən Türkiyənin Ceyhan limanına neft nəqlini bərpa edəcək
18 Mart 2026 11:00
Baxış sayı:82
Bu xəbər 19 May 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















