Kəşbək istifadəçilərinə pis xəbər: Yaxın zamanlarda… KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müştərilərin debet və ya kredit kartı seçərkən əsas üstünlüklərindən biri kəşbək sistemidir. Maraqlıdır, kəşbək əvəzinə alternativ stimullaşdırıcı mexanizmlər (məsələn, bonus xalları, endirimlər) daha effektiv ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kəşbək həm debet, həm də kredit kartlarda tətbiq olunur, amma banklar bu sistemi saxlamaqda maraqlı deyillər:
“Debet ya, kredit kartı olması fərq etmir. Kəşbək onsuz hər iki sistemdə işləyir. Sadəcə, son nəticədə bu bank üçün xərcdir. Banklar bundan ona görə imtina edir ki, artıq xərc olduğunu düşünürlər. Müştəriləri onsuz da cəlb ediblər. Bundan sonra xərc çəkmək istəmirlər. Amma forması müxtəlif olur. Bonus, endirimlər dəyişə bilərlər. Son nəticədə bunu bilməliyik ki, tədricən banklar bunlardan imtina edəcəklər”.
Ekspertin sözlərinə görə, banklar müştərini cəlb etdikdən sonra əlavə stimullaşdırıcı mexanizmlərə ehtiyac duymur və yaxın gələcəkdə kəşbək sisteminin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 Sentyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















