Icma.az
close
up
RU
Bank kartlarında kəşbək şikayətləri artır: yoxa çıxır

Bank kartlarında kəşbək şikayətləri artır: yoxa çıxır

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə bir sıra istifadəçilərin müxtəlif bankların kəşbək mexanizmləri ilə bağlı narazılıqları müzakirə mövzusuna çevrilib. AzPost xəbər verir ki, paylaşımlarda müştərilər kəşbək balanslarının silinməsi, ödəniş üçün minimum məbləğ tələbləri və gecikmiş köçürmələrdən şikayət edirlər.

İstifadəçilərin yazdıqlarında xüsusilə Yelo Bank və Rabitabank haqqında qeyd olunan hallar daha çox diqqət çəkir. Bəzi müştərilər Yelo Bank kartlarında kəşbəkdən istifadə üçün minimum 10 manat limit tətbiq olunduğunu və ya balans 1000 manatın altına düşdükdə standart kəşbək paketinin qeyri-aktiv olduğunu bildiriblər. Bankın sosial şəbəkələrdə rəsmi cavabında isə müştərilərdən məlumatların şəxsi qaydada təqdim olunması xahiş edilib və məsələ araşdırmaya yönləndirilib.

Rabitabankla bağlı paylaşımlarda da bənzər narazılıqlar qeyd edilir. Bir neçə istifadəçi kəşbək vəsaitinin karta köçürülmədiyini, müraciətlərə cavabların gecikdiyini yazıb. Şərhlərdə bəziləri bankın texniki səbəblərə istinad etdiyini iddia etsə də, bu məlumatlar yalnız istifadəçi fikirlərinə əsaslanır.

Sosial mediada başqa banklarla bağlı da fərqli təcrübələr səsləndirilib. Məsələn, bir qrup istifadəçi Accessbank kartlarında minimum limit qoyulmadığını və kəşbəkin kiçik məbləğlərlə də karta qaytarıldığını bildirir. Eyni zamanda Bank of Baku-nun kəşbək ödənişlərində gecikmələr olduğu iddia olunur. Bu paylaşıqlar rəsmi şəkildə təsdiqlənməyib və yalnız istifadəçilərin öz subyektiv məlumatları kimi təqdim edilir.

Qanunvericilik nə deyir?

Azərbaycan qanunvericiliyinə görə, kəşbək bankın müştəriyə verdiyi məcburi öhdəlik deyil, kart məhsulu üzrə təqdim etdiyi kommersiya şərtidir. Yəni banklar:

kəşbək faizini,

minimum məbləğ tələblərini,

hansı əməliyyatlara tətbiq ediləcəyini,

ödəniş müddətini

öz daxili qaydalarına əsasən müəyyən edə bilirlər. Bu şərtlər müştəri kartı əldə edərkən müqavilədə göstərilməlidir.

Eyni zamanda, “Banklar haqqında” qanuna və Mərkəzi Bankın istehlakçıların hüquqlarının müdafiəsinə dair qaydalarına əsasən bank müştərini şərtlərdəki istənilən dəyişiklik barədə əvvəlcədən məlumatlandırmalıdır. Əgər müştəriyə əvvəlcədən xəbərdarlıq edilmədən kəşbək qaydaları dəyişdirilibsə və ya vəsaitin köçürülməsi üzrə gecikmə yaranıbsa, şəxs bankdan rəsmi izahat tələb etmək hüququna malikdir.

Mütəxəssislər nə tövsiyə edir?

Maliyyə hüququ üzrə ekspertlər bildirirlər ki, mübahisə hallarında istifadəçilər aşağıdakı addımları ata bilər:

Bankın rəsmi dəstək kanallarına yazılı müraciət (e-mail və ya “müraciət” bölməsi).

Kəşbək üzrə əməliyyatların screenshot-larını əlavə etmək.

Cavab verilmədikdə və ya anlaşılmazlıq davam edərsə, Azərbaycan Mərkəzi Bankına şikayət göndərmək.

Şərtlərin pozulduğunu düşünən müştərilər son mərhələ olaraq İnzibati Məhkəməyə müraciət edə bilərlər.

Sosial şəbəkələrdə yayılan paylaşımlar göstərir ki, kəşbək mexanizmləri ilə bağlı müzakirələr getdikcə daha çox istifadəçinin diqqətini çəkir. Banklar isə rəsmi olaraq bildirirlər ki, hər bir müraciət fərdi qaydada araşdırılır və nəticələr müştərilərə təqdim olunur. Ekspertlər vətəndaşlara kart şərtləri ilə daha diqqətlə tanış olmağı və mübahisəli hallarda yalnız rəsmi kanallardan istifadə etməyi tövsiyə edirlər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Noyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri