Icma.az
close
up
RU
“Keşikçidağ” Dövlət tarix mədəniyyət qoruğunda Novruz tədbiri keçirilib

“Keşikçidağ” Dövlət tarix mədəniyyət qoruğunda Novruz tədbiri keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ağstafa, 11 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində keçirilən tədbirdə məqsəd Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan olan Novruzun dəyərlərinin yaşadılması, gənc nəslə aşılanması, o cümlədən, Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən tarixi abidələrin tanıdılmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Ağstafa rayon İcra Hakimiyyətinin başçısı və məsul şəxsləri, rayon ərazisində yerləşən bir çox idarə və təşkilatların əməkdaşları, gənc könüllülər, el ağsaqqalları və ziyalıların iştirakı ilə baş tutub.

Tədbir “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzində qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında, Kosa, Keçəl, Bahar qızın və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atları ilə məclisə gəlişi ilə başlayıb. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qonaqları salamlayaraq tədbiri açıq elan edib.

Tütək sədaları və sayaçı sözləri altında qoyunların ağıla gətirilməsi, milli geyimdə çiyinlərində səhənglə bulaqdan su gətirən qızların rəqsi, xalq oyunlarından olan “Kosa-keçəl”, “Dirədöymə”nin nümayişi, gənc qızların “Haxışta”, “Bayatı” söyləməsi, “Səməni”, “Uzundərə”, “Tərəkəmə” rəqslərinin ifası tədbirə xüsusi maraq qatıb. Atların iştirakıyla yarış keçirilib, yarışın qalibinə kəlağayı hədiyyə edilib.

Tədbir Novruz tonqalının ətrafında “Yallı” rəqsinin nümayişi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri