Icma.az
close
up
RU
“Keşikçidağ” və “Avey” dövlət tarix mədəniyyət qoruqları ərazisində elmi diskussiyalar təşkil olunub

“Keşikçidağ” və “Avey” dövlət tarix mədəniyyət qoruqları ərazisində elmi diskussiyalar təşkil olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ağstafa-Qazax, 22 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun iştirakı ilə “Keşikçidağ” və “Avey” dövlət tarix-mədəniyyət qoruqları ərazisində silsilə ustad dərslər və elmi diskussiyalar təşkil olunub. Tədbirdə Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları da iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, “İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eyni zamanda Azərbaycanın Qərb bölgəsində yerləşən tarixi abidələrdə aparılmış elmi tədqiqat və arxeoloji qazıntılar” mövzusuna həsr olunmuş tədbirdə Pərviz Qasımov Ağdam rayonunda yerləşən Pənahəli xan saray kompleksi və Üzərliktəpə yaşayış məskənində aparılmış arxeoloji tədqiqatların nəticələrini iştirakçılarla bölüşüb. Müzakirələrdə material-mədəniyyət nümunələrinin tipləri, dəfn adətləri və bu tapıntıların Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından elmi əhəmiyyəti geniş şəkildə izah edilib.

Ermənistanın işğalı dövründə bölgənin mədəni irsinə qarşı həyata keçirilmiş dağıdıcı fəaliyyətlərə xüsusi diqqət yönəldilib, abidələrə vurulmuş ziyanın miqyası və bu ziyanın elmi rekonstruksiya baxımından yaratdığı çətinliklər vurğulanıb.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında təşkil olunan dəyirmi masada “Keşikçidağ Kurqanlar Vadisində aparılan arxeoloji qazıntılar və bu qazıntılar nəticəsində üzə çıxarılan maddi-mədəniyyət nümunələrinin elmi təhlili” mövzusunda diskussiyalar aparılıb.

Sonra Pərviz Qasımovun rəhbərliyi ilə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun Göyəzən filialı ərazisində açıq səma altında növbəti ustad dərs keçirilib.

Tədbirin yekununda “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda daha bir dəyirmi masa təşkil oluub. Bu müzakirələrdə xüsusilə Damcılı mağarası, Daşsalahlı kurqanları və Göyəzən abidələrinin yerli və beynəlxalq elmi ictimaiyyət üçün strateji əhəmiyyəti vurğulanıb, bu abidələrin elmi tədqiqi və müasir metodlarla təbliği istiqamətində fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri