Icma.az
close
up
RU
Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardım

Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardım

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dəridə istənilən yara və ya kəsikləri, xüsusən də söhbət uşaqlardan gedirsə, nəzarətsiz qoymaq olmaq.

Uşaqlarda dərinin hətta kiçik zədələnməsi belə, ağır irinli prosesin, həmçinin tetanusun inkişaf etməsinə də səbəb ola bilər!

Tetanus – sinir sistemini zədələyən infeksion xəstəlikdir. Onu Clostridium tetani bakteriyası törədir. Bu xəstəliyin simptomları – baş ağrıları, əsəbilik, bədən əzələlərinin spazmı, qıcolmalar, tənəffüsün dayanması. Belə xəstəyə vaxtında təcili tibbi yardım göstərilməzsə, o, həlak ola bilər. Tetanusun ən yaxşı profilaktikası – vaksinasiyadır. Bundan əlavə istənilən, hətta ən kiçik yara və ya cızılma sahəsi əsaslı şəkildə diqqətlə işlənməlidir. Vaxtında peyvənd olunmuş uşaqlara, adətən, əlavə profilaktika tələb olunmur. Lakin hər halda zədə almış uşaq həkimin müayinəsindən keçməlidir və məhz həkim tetanus əleyhinə xüsusi zərdabın bu uşağa vurulub-vurulmaması ilə bağlı məsələləri həll etməlidir!

Peyvənd almayan uşaqlara həkimin təyinatına əsasən tetanus əleyhinə zərdab vurulur. Diqqət! Zərdab xüsusi sxem üzrə və hazırlıqlı tibb personalı tərəfindən vurulmalıdır!

Tetanus yalnız uşaqlarda deyil, böyüklərdə də inkişaf edə bilər. Bu xüsusən, dəri dərin şəkildə kəsildikdə, deşildikdə (məsələn, ülgüc, mıx və s. ilə), yara torpaq, heyvan peyini ilə çirkləndikdə baş verir. Məhz buna görə, belə hallar baş verdikdə, tez bir zamanda tibb müəssisəsinə müraciət etmək lazımdır. Həkim xəstəni müayinə edib onun yarasının ilkin cərrahi işlənməsini yerinə yetirdikdən sonra lazımi halda zərdab təyin edir.

Həm uşaqlarda, həm də böyüklərdə həkimə qədərki ilk tibbi yardım məqsədi ilə cızılmış, kəsilmiş, deşilmiş kiçik yaraları ilk növbədə təmiz su ilə yaxşı-yaxşı yumaq, daha sonra hidroqen peroksid məhlulu ilə təmizləmək lazımdır: məhlulu tökərkən əmələ gələn köpüklər yaradakı torpaq və digər çirklənmə hissəciklərini yaradan xaric edir. Daha sonra təmizlənmiş yaranı antiseptik məhlulla (yod, brilyant yaşılı -“zelyonka”) silmək və üzərinə təmiz quru tənziflə sarğı qoymaq lazımdır. Yüngül cızılmış sahələri, çox kiçik yaraları açıq saxlamaq olar.

Yadda saxlayın ki, yara səthini (sıyrıntılı, cızılmış kiçik sahə yox, dərinin məhz kifayət qədər böyük sahəsi zədələndikdə!) heç bir halda yod, brilyant yaşılı (“zelyonka”) və s. ilə silmək olmaz! Bu zaman yaranı 3%-li hidrogen peroksid məhlulu ilə yumaq (olmadıqda qaynadılmış və ya təmiz içməli su ilə), sonra isə ətrafına yod və ya “zelyonka” çəkərək yaraya təzyiqedici (sıxıcı) sarğı qoymaq lazımdır.

Belə sarğı necə qoyulur? Yaranı təmizlədikdən sonra üzərinə steril tənzif salfet (furasilin məhlulunda islatmaq da olar), onun üzərindən bir topa sıx bükülmüş pambıq qoyub, daha sonra bintin dairəvi hərəkəti ilə sıx şəkildə sarıyırlar.

Bintləmə qaydaları:

- xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın;
- yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;

- bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;

- bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdırlar. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;

- bintin uclarını bədənin sağlam hissəsi üzərində (!) bağlamaq lazımdır.

Qoyulan sarğı ətrafda qan dövranını pozmalı deyil! Əgər travmaya məruz qalmış ətrafda keyləşmə hissiyyatı yaranarsa, ağrı güclənərsə, şişkinlik artarsa və ya sarğıdan aşağıda dəri göyərməyə başlayarsa, sarğını bir qədər boşaltmaq və ya dəyişmək lazımdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see361

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see283

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see258

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see244

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see243

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see240

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see237

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see232

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see230

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see227

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see225

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see220

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see210

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see192

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see190

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see185

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see183

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see175

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see170

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri