Icma.az
close
up
RU
Həşərat dişləmələri zamanı ilk yardım

Həşərat dişləmələri zamanı ilk yardım

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağcaqanad dişləməsi insana böyük zərər verə bilməz. Ancaq onlar kiçik yaşlı uşaqlar üçün, xüsusən də dişləmələrin sayı çox olduqda böyük zərər vura bilərlər.

Uşaqda xoşagəlməz hissiyyatı azaltmaq üçün dişləmə yerinə soda məhlulunda (1 stəkan suya 1 çay qaşığı çay sodası olmaqla) isladılmış parça qoymaq lazımdır. Bu məqsədlə, su ilə bərabər nisbətdə qarışdırılan araqdan və ya nanə dəmləməsindən (onu qaynadılmış isti suda dəmləyərək islatma şəklində dişlənmə yerinə qoyurlar) də istifadə etmək olar. Əgər dişlənən yer xeyli şişərsə və qaşınarsa, uşağa yaşına uyğun dozada antihistamin preparatlarından birini (klaritin, suprastin və s.) vermək və həmin yerə brilyant yaşılı (“zelyonka”) sürtmək məsləhət görülür. Bu məqsədlə apteklərdən xüsusi aerozollar da almaq olar.

Gənə dişləməsi

Meşədə, bağda gəzərkən dəriyə gənələr yapışa bilər. Əksər hallarda gənələri başda, boyunda, oynaqların altında aşkar edirlər. Gənə dişləməsi nəticəsində - sinir sistemi, oynaqlar və ürəyi zədələyən və ifliclərə, bəzən isə hətta ölümə də səbəb ola bilən çox təhlükəli infeksion xəstəliklər (viruslu gənə ensefaliti, gənə borreliozu) inkişaf edə bilər.

Ona görə də meşəyə gəzintiyə gedərkən, bədənin bütün açıq hissələrini qorumaq, şalvarın balaqlarını corabların içinə salmaq lazımdır. Köynəyin qollarının manjetləri biləkləri, yaxası isə boyunu sıx şəkildə əhatə etməlidir. Meşədə gəzərkən, həmçinin baş örtüyü, ən yaxşısı isə paltarın yaxasına tikilən başlıq geyinmək lazımdır.

Vaxtaşırı olaraq əyninizdəki paltara baxmaq (xüsusən də ot üzərində uzandıqdan sonra), üzərində dəvət olunmayan “sərnişinlərin” olub-olmamasını yoxlamaq lazımdır. Kollar və hündür otlar olan yerlərdən uzaq olmağa çalışın, çünki gənələr məhz belə yerlərdə gizlənməyi xoşlayırlar. Onlardan qorunmaq məqsədi ilə xüsusi spirallardan da istifadə etmək olar.

Meşə gəzintisindən qayıtdıqdan sonra diqqətlə bütün bədəninizə baxın. Gənələrin yapışmaq üçün “sevimli” yerlərinə xüsusi diqqət yetirmək lazımdır: başın tüklü hissəsinin sərhədləri, dərinin təbii büküşləri (qoltuqaltı, sağrı nahiyələri). Hər halda, siz bədəninizdə gənə aşkar etsəniz, onun başının əsasından pinsetlə tutaraq, onu yanlara hərəkət etdirməklə və ya “burub çıxarmaqla” bədəndən elə xaric etmək lazımdır ki, onun baş hissəsi dəridə qalmasın – bu, infeksiyanın yaranmasına səbəb ola bilər. Gənələri heç zaman barmaqlarınızla çıxarmayın! Gənəni xaric etdikdən sonra yara yerinə yod, spirt və ya odekolon sürtmək lazımdır. Gənəni isə bir boş şüşə və ya plastik qabına yerləşdirin və 1-2 gün ərzində müayinə üçün   sanitar-epidemioloji stansiyasına aparın.

Analizin nəticələrinə əsasən, insana ya gənəyə qarşı immunoqlobulin iynəsi vurmaq və ya onun qanını borrelioza (oynaqları, ürəyi, sinir sistemini zədələyən infeksion xəstəlik) görə müayinə etmək lazım gələ bilər.

Hərarətin yüksəlməsi və ya dişlənmə yerində halqaşəkilli ləkə olduqda, mütləq həkim-infeksionistə müraciət etmək lazımdır.

Arı və digər həşəratların sancması (arı, eşşəkarısı və s.)

Arı və digər həşəratların sancması bir sıra hallarda çox təhlükəli ola bilər. Həssas adamlarda bu zaman hətta allergik şok da baş verə bilər. Boyun, dil, yuxarı göz qapaqlarının sancılması daha təhlükəli hesab olunur. Çoxlu sayda sancmalar zamanı ağır zəhərlənmə də inkişaf edə bilər. Sancma yerində insan şiddətli ağrı hiss edir, daha sonra qızartı və şişkinlik əmələ gəlir, bəzən bədən hərarəti də yüksəlir. Sancmadan 10-15 dəqiqə keçdikdən sonra allergiya əlamətləri də yarana bilər: ümumi zəiflik, avazıma, baş ağrısı, başgicəllənmə, sinədə sıxıntı hissiyyatı, nəbzin sürətlənməsi, təngnəfəslik və s.

Bu halda dərhal “təcili yardım” çağırmaq, onlar gələnə qədər isə zərərçəkənə “Şok” bölməsində qeyd edildiyi şəkildə ilk tibbi yardım göstərmək lazımdır!

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri