Kəskin hava şəraiti: Polis fasiləsiz xidmət aparır DİN
Icma.az bildirir, Axar.az portalına istinadən.
Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən fasiləsiz xidmət davam edir.
DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dağlıq ərazilərdə, şəhər mərkəzləri ilə yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də magistrallarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan təmizlənir, yolların gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmasına qarşı qabaqlayıcı tədbirlər görülür.
Mövcud hava şəraiti ilə bağlı DİN-in "102" Xidməti Zəng-Mərkəzinə daxil olan çağırışlar üzrə avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir.
Hazırda xidmət fasiləsiz davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 03 Yanvar 2026 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















