Icma.az
close
up
RU
Kestutis Vaşkeleviçus: “İdman diplomatiyanın bir hissəsidir” MÜSAHİBƏ

Kestutis Vaşkeleviçus: “İdman diplomatiyanın bir hissəsidir” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Mən həm idmanla məşğul olmağı, həm də oyunları izləməyi sevirəm”.

Bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus AZƏRTAC-a verdiyi müsahibədə deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Sabah”ın futbol və basketbol klubları bu mövsüm Azərbaycan çempionu oldular. Maraqlı məqam ondan ibarətdir ki, hər iki komandanın baş məşqçisi – həm Valdas Dambrauskas, həm də Rimas Kurtinaytis litvalı mütəxəssislərdir. Onların uğuru barədə nə deyə bilərsiniz?

- Litvalı məşqçilərin Azərbaycanda mühüm idman nailiyyətlərinə və daha geniş mənada burada komanda idman növlərinin inkişafına töhfə verməsindən həqiqətən qürur duyuram. Biz bunun nəticələrini aydın şəkildə görürük: idmana artan ictimai maraq, böyüyən azarkeş kütləsi, həm basketbolun, həm də futbolun populyarlığının artması. Eyni zamanda, Azərbaycan həm Litvada, həm də bütün Avropada daha çox diqqət mərkəzinə çevrilir. Təkcə bu mövsüm “Sabah”ın basketbol və futbol komandalarında ümumilikdə 7 litvalı məşqçi çalışır. Onların sırasına basketbol üzrə Olimpiya çempionu və bürünc mükafatçı Rimas Kurtinaytis, həmçinin bir neçə Avropa ölkəsində çempionluq qazanmış Valdas Dambrauskas da daxildir.

Daha geniş müstəvidə desək, biz Azərbaycanda bir çox idman növü üzrə komanda idmanının dirçəlişinin şahidi oluruq. Burada mən, həmçinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun həqiqətən müstəsna fəaliyyətini, eləcə də basketbol, futbol, gimnastika və digər milli federasiyaların ardıcıl səylərini xüsusi vurğulamaq istərdim. Bütün bu gərgin, sistemli iş və beynəlxalq əməkdaşlıq nəticə etibarilə öz bəhrəsini verir.

- Mövsüm ərzində hər iki komandanın oyunlarını izləmək üçün arenalara getmisiniz?

- Bəli, mövsümboyu bir çox matçda iştirak etdim, çox vaxt ailəmlə və Litva icması ilə birlikdə oyunlara getdik. Bir neçə dəfə digər Avropa ölkələrindən və ABŞ-dən olan səfirlər və diplomatlarla birlikdə oyunları izləmək üçün qruplar təşkil etdik. Bu, yalnız idmanla bağlı deyil, həm də əlaqələr qurmaq və Azərbaycan idmanına azarkeşlik etmək məqsədi daşıyırdı.

- Sizin fikrinizcə, bu mövsüm hər iki komandanın ən yaxşı oyunçuları kimlər idi? Xüsusi qeyd edə biləcəyiniz adlar varmı?

- Sadəcə, bir idman azarkeşi olduğum üçün ən yaxşı oyunçuların adlarını çəkərək risk etmək istəməzdim. Bu cür qiymətləndirmələri ekspertlərin öhdəsinə buraxmağa üstünlük verirəm. Bununla belə, dünən “Sabah” və “Abşeron Lions” komandaları arasındakı son final oyunu zamanı azərbaycanlı basketbolçu Kamran Məmmədovun nümayiş etdirdiyi mübarizə ruhunu xüsusi vurğulamaq istərdim. Məhz belə anlar – qətiyyət və ustalıqla dolu məqamlar idmanı azarkeşlər üçün bu qədər cəlbedici edən amillərdir. Ümumilikdə mövsümboyu bir çox oyunçu yaddaqalan performans nümayiş etdirdi.

- Digər idman növlərinə marağınız nə dərəcədədir?

- Mən həm idmanla məşğul olmağı, həm də oyunları izləməyi sevirəm. Bir litvalı üçün basketbol təbii bir maraq olsa da, mən digər bir çox idman növünü də izləyir və dəstəkləyirəm. Azərbaycanda olduğum müddətdə basketbol və futbol matçlarında, həmçinin Azərbaycanda yarışan Litva gimnastika və avarçəkmə komandalarının çıxışlarında iştirak etmişəm.

Onu da qeyd etmək yerinə düşərdi ki, Litva və Azərbaycanın milli futbol komandaları UEFA Millətlər Liqasında eyni qrupda yer alırlar. Biz sentyabr və oktyabr aylarında qarşılaşacağıq. Mən Bakıdakı stadionda çoxlu futbol azarkeşi görməyi səbirsizliklə gözləyirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 May 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri