Kestutis Budris Azərbaycana gəlir
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 24-26-da Azərbaycana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Report-a Litvanın Bakıdakı səfiri Kestutis Vaşkelyaviçyus bildirib.
Diplomatın sözlərinə görə, səfər iki ölkə arasında yüksək siyasi səviyyədə müntəzəm əlaqələrlə yanaşı, Litvanın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti, eləcə də ikitərəfli tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini vurğulayır.
"2027-ci ilin birinci yarısında Litvanın Avropa İttifaqı Şurasına sədrliyi ərəfəsində bu səfər həmçinin Vilnüsün sədrliyinin Aİ ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına necə töhfə verə biləcəyini müzakirə etmək üçün dəyərli imkan yaradacaq", - səfir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Noyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















