Icma.az
close
up
RU
Kibercinayətkarların yeni havayı pendir tələsi: Hədiyyəniz var “Telegram Premium” abunəliyi!

Kibercinayətkarların yeni havayı pendir tələsi: Hədiyyəniz var “Telegram Premium” abunəliyi!

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dələduzlar aktiv şəkildə Telegram istifadəçilərinə hədiyyə abunəlikləri göndərirlər. Bu nədir, gözlənilməz səxavətlilik yoxsa növbəti fırıldaq sxemi?

Bizimyol.info xəbər verir ki, Kaspersky-nin araşdırması nəticəsində məlum olub ki, dünya üzrə bir insan ildə orta hesabla 12 abunəliyə $938 xərcləyir. Bu, müasir insanın həyatında çox sayda abunəliyin mobil telefon kimi daim əl altında olan adi bir atribut olduğunu bir daha təsdiq edir.

Hər şeyə abunəlik var: musiqiyə, kinoya, fitnesə, qoruma həllərinə və hətta messencerlərə. Yəqin ki, “Telegram Premium” haqqında eşitmisiniz. Populyar messencerin bu  abunəliyi bütün limitləri demək olar iki dəfə artırır. Ən maraqlısı isə odur ki, onu istənilən dostunuza hədiyyə edə bilərsiniz. Kontakt siyahısı genişdirsə, “Telegram” tətbiqi demək olar ki, hər gün bu imkanı xatırladır. Təbii ki, “Telegram Premium” hədiyyə abunəlikləri dələduzlar üçün növbəti manipulyasiya vasitəsidir və onları kütləvi şəkildə göndərirlər.

“Telegram” messencerində abunəlik necə "hədiyyə edilir"

Hər şey sizin kontakt siyahınızdakı bir şəxsdən (və ya özünü onun kimi təqdim edən birindən) gələn məsum bir mesajla başlayır: "Sizə hədiyyə göndərilib — “Telegram Premium” abunəliyi." Mesajın altında isə ilk baxışdan qanuni görünən bir link görünür. Həqiqətən də, həmin link “Telegram Premium”un rəsmi kanalına aparır, lakin burada bir “əmma” var.

Razılaşın ki, belə bir mesaj almaq həmişə xoşdur və eyforiya anında təhlükə gözdən yayınır.

Mətnin altında göstərilən https://t.me/premium linki əslində tamam başqa bir fişinq səhifəsinə aparır. Bu səhifə brauzerdə adi “Telegram” avtorizasiya səhifəsi kimi görünür. Lakin onun dələduzlara məxsus olmasını URL-dəki şübhəli ünvan aşkara çıxarır ki, burada adi https://t.me/ ünvanının yanında əlavələr peyda olur.

Əgər açılan səhifəyə hesab məlumatlarınızı daxil etsəniz, hesabınız artıq oğurlanmış hesab edilir —login, şifrə və ola bilsin ki, 2FA kodunuz üçüncü şəxslərin əlinə keçir.

Dələduzlar, əlbəttə ki, məlumatlarınızı könüllü şəkildə təqdim etdikdən sonra sizə təbrik bildirişi göstərəcəklər və 24 saatlıq bir taymer işə salacaqlar. Guya “Telegram Premium”un aktivləşdirilməsi üçün bu qədər vaxt lazımdır.

Bu, dələduzların populyar tələlərindən biridir. Onlar rahatlıqla istifadəçinin 24 saat ərzində abunəlik haqqında unudacağını və ya həqiqətən abunəliyin aktivləşəcəyinə inanacağını düşünürlər, axı bu "hədiyyə”dir! Amma sözügedən 24 saat ərzində baş verə biləcək yeganə şey hesaba girişi tamamilə itirilməsi olacaq.

Bir sutka tamam olduqdan sonra taymer dayanacaq, lakin “Telegram” hesabında abunəlikdən bir xəbər gəlməyəcək.

“Telegram” hesabını necə qorumaq olar

Kaspersky mütəxəssisləri ilk növbədə “Telegram”da təhlükəsizlik və məxfilik parametrlərinizi onların təlimatına uyğun düzgün qurmağı tövsiyə edirlər. Əgər artıq bunu etmisinizsə, aşağıdakı tövsiyələri də nəzərə alın ki, bu və digər dələduzluq sxemlərinin qurbanı olmaqdan qorunasınız:

Havayı pendir (demək olar ki, həmişə) yalnız siçan tələsində olur. Sizə həqiqətən də hədiyyə göndərildiyini və ya bu işin arxasında bir hiylənin olmadığını təkrarən yoxlamağın ziyanı yoxdur. Ən azı, hədiyyəni göndərən şəxslə başqa bir əlaqə kanalı vasitəsilə əlaqə saxlayın — zəng edin, başqa bir messencerdə yazın və ya hətta üz-üzə görüşüb dəqiqləşdirin. Xüsusilə şəxsi hesabınızın təhlükəsizliyi baxımından əlavə ehtiyatlılıq çox vacibdir.Abunəlikləri yalnız rəsmi kanallar üzərindən alın. Məsələn, “Telegram” messenceri abunəliklər üçün xüsusi botdan istifadə etməyi təklif edir.İkimərhələli autentifikasiyanı aktivləşdirin. Hətta dələduzların tələsinə düşsəniz belə, bu addım hesabınızı xilas etmək üçün son şansınız ola bilər. Bu arada, 2FA tokenlərini Kaspersky Password Manager-də saxlamaq olduqca rahatdır.Dələduzların “Telegram” hesabınızı başqa hansı yollarla oğurlaya biləcəyini öyrənin. Fırıldaq sxemlərinin sayı çoxdur və onların hamısının mahiyyətini bildiyinizi düşünürsünüzsə, yanılırsınız.Sizi tələsdirsələr belə, eytiyatlı olun. Dələduzlar qurbanlarını taymerlə həyəcanlandırıb təcili qərar qəbul etməyə məcbur etməyi çox sevirlər. Rəqəmsal təhlükəsizliyinizlə bağlı məsələlərdə bitməkdə olan vaxtı heçə sayın.Tətbiqlərin alternativ versiyalarını yükləyərkən ehtiyatlı olun. Biz yalnız rəsmi tətbiqlərdən istifadə etməyi tövsiyə edirik, çünki qeyri-rəsmi tətbiqlər çox vaxt troyanlarla dolub-daşır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri