Icma.az
close
up
RU
Kibercinayətkarların yeni tələsi: smartfonlara ziyanverici proqram yazırlar və...

Kibercinayətkarların yeni tələsi: smartfonlara ziyanverici proqram yazırlar və...

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kibercinayətkarlar saxta və aşağı büdcəli smartfonlara ziyanverici proqram təminatı yazmağa başlayıblar.

Bakıvaxtı.az “PCMag” nəşrinə istinadla xəbər verir ki, məşhur şirkətlərin ticarət nişanı altında istehsal olunan saxta smartfonların potensial təhlükə mənbəyi olduğunu iddia edilir. Bu cür cihazlarda viruslu proqramlar öncədən quraşdırılmış vəziyyətdə olur.

Bildirilib ki, zərərli proqram təminatı gizli şəkildə fəaliyyət göstərir və kibercinayətkarlara yoluxmuş cihazlar üzərində tam nəzarət imkanı verir.

Aşağıbüdcəli və saxta smartfonlarda aşkarlanan virus qrupu “Triada” adı altında tanınır. Həmin viruslar mesajlaşma tətbiqini ələ keçirə, brauzer fəaliyyətini izləyə, SMS-ləri ələ keçirib silə bilir.

Bəs, insanlar telefon aldıqda nəyə fikir verməlidirlər?

Elvin Abbasov, İT üzrə mütəxəssis

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov bildirib ki, kibercinayətkarlar hər zaman yeni üsullarla qurbanları tələyə salmaq üçün taktika dəyişdirir.

E.Abbasov qeyd edib ki, istər köhnə, istərsə də təzə telefonlar üçün zərərli yazılımlar həmişə aktual bir mövzudur. Onun sözlərinə görə, köhnə telefonlar daha az qorunaqlı olduğu üçün risk daha çoxdur.

Ekspert izah edib ki, bəzi telefonların köhnə versiyalı əməliyyat sistemləri yeni versiyaları qəbul etmir və köhnə versiyalarda qalmaq məcburiyyətindədir. Həmin versiyalarda isə müxtəlif boşluqlar aşkarlanır və o boşluqlardan istifadə olunaraq telefonlara zərərli yazılımlar yazıla bilər.

Müsahibimiz vətəndaşların telefon alarkən əməliyyat sisteminin tamamilə yenidən eyni versiyasını qurmalı olduqlarının vacibliyini vurğulayıb:

“Həmçinin də telefonda istifadə etmədikləri mobil tətbiqləri silməlidirlər. Köhnə fayllar varsa, birbaşa silinməli və telefonu istifadə edərkən mütləq antivirus proqramlarından istifadə etməlidirlər. Əks halda zərərli yazılıma məruz qalmış bir cihazı istifadə etmiş ola bilərlər və bu da onların fərdi məlumatlarının ələ keçirilməsi istiqamətində onlar üçün təhlükə yarada bilər”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri