Icma.az
close
up
RU
kibercinayətkarlığa qarşı qlobal mübarizə genişlənir ŞƏRH

kibercinayətkarlığa qarşı qlobal mübarizə genişlənir ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin bu konvensiyası qlobal səviyyədə mübarizəni daha güclü və əlaqələndirilmiş edəcək


BMT Baş Assambleyası çərşənbə axşamı - 24 dekabr 2024-cü ildə “Kibercinayətkarlığa qarşı BMT Konvensiyası”nı qəbul edib.

Bu, kibercinayətkarlıqla mübarizə aparmaq və cəmiyyətləri rəqəmsal təhdidlərdən qorumaq məqsədi daşıyan əlamətdar qlobal müqavilədir.

Hüquqi cəhətdən məcburi olan Konvensiya BMT-yə üzv dövlətlərin beşillik səylərinin nəticəsi olaraq qəbul edilib. Bu prosesdə habelə vətəndaş cəmiyyətləri, informasiya təhlükəsizliyi mütəxəssisləri, akademiklər və özəl sektor nümayəndələri iştirak ediblər.

BMT-nin Baş katibi Antonio Quterreş Konvensiyanın qəbul edilməsini alqışlayaraq Konvensiyanın “son 20 ildə müzakirə edilən ilk beynəlxalq cinayət ədaləti müqaviləsi” olduğunu deyib. Baş katib bildirib ki, “yeni müqavilə təhlükəsiz kiberməkanın təşviqinə xidmət edəcək və bütün dövlətləri Konvensiyaya qoşulmağa və onu müvafiq maraqlı tərəflərlə əməkdaşlıq şəklində həyata keçirməyə çağırır”.

Qeyd edək ki, Beynəlxalq Konvensiyanın hazırlanması üzrə “Ad Hoc” Komitənin bu il BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilmiş yekun sessiyasında ölkəmizi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib.

Ötən müddət ərzində Azərbaycan nümayəndə heyəti informasiya və kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayət əməllərinin kriminallaşdırılması, beynəlxalq hüquqi və texniki yardım öhdəlikləri, elektron sübutların mühafizəsi, toplanılması və təqdim olunmasına dair beynəlxalq əməkdaşlıqla bağlı prinsipial hesab edilən məsələlərə dair müvafiq təkliflər verib və Komitə tərəfindən Azərbaycan tərəfinin təqdim etdiyi bütün təkliflər qəbul edilərək yekun Konvensiya layihəsinin mətnində öz əksini tapıb.

Kibercinayətkarlığa qarşı BMT Konvensiyası yeni əsrin konvensiyası hesab edilir.


İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, BMT Baş Assambleyasının 24 dekabr 2024-ci ildə qəbul etdiyi Kibercinayətkarlığa qarşı BMT Konvensiyası” qlobal kibertəhlükəsizliyin təmin edilməsi sahəsində mühüm bir addımdır:


“Bu, dünya ölkələri üçün böyük əhəmiyyət daşıyan bir qərardır və kibercinayətkarlığa qarşı qlobal mübarizənin daha səmərəli aparılmasına kömək edəcək. Belə ki, konvensiyanın müsbət cəhətləri bir neçə əsas istiqamətdə özünü göstərir: Birincisi, kibercinayətkarlıq təkcə bir ölkənin problemi deyil, bütün dünyaya yayılan bir təhdiddir. Bu səbəbdən, konvensiya ölkələr arasında hüquqi və texnoloji əməkdaşlığı təşviq edəcək. Həmçinin qlobal miqyasda mübarizənin gücləndirilməsi, kibercinayətkarlıqla mübarizə üçün daha güclü hüquqi və inzibati mexanizmlər yaradacaq. Düşünürəm ki, BMT -nin bu addımı beynəlxalq hüququn inkişafı və ölkələr arasında koordinasiyanı artıracaqdır. Lakin hazırda kibercinayətkarlar getdikcə daha inkişaf etmiş texnologiyalardan istifadə edərək hücumlar həyata keçirirlər. Bu konvensiya çərçivəsində ölkələr arasında kibercinayətkarlığa qarşı mübarizədə istifadə olunan alətlər və resurslar mübadilə ediləcək. Bu da mübarizənin daha effektiv olmasına şərait yaradacaq. Həmçinin, bu yanaşma kibercinayətlərin aşkarlanmasında və həllində daha sürətli nəticələr əldə etməyə imkan yaradacaq. Nəzərə almaq lazımdır ki, qlobal səviyyədə kibercinayətlərin təqibi və cinayətkarların cəzalandırılması daha çətin və mürəkkəb ola bilər. Bu konvensiya ilə kibercinayətkarların dövlətlər arasında daha asan təqib edilməsi və mühakimə olunması mümkün olacaq. Dövlətlər arasında məlumat mübadiləsi və hüquqi əməkdaşlıq artırılacaq ki, bu da beynəlxalq hüququn güclənməsinə xidmət edəcəkdir”. 


Ekspertin sözlərinə görə bu konvensiya, kibercinayətkarlıqla mübarizədə etik prinsiplərə riayət olunmasını təmin edəcək:

“Konvensiya fərdi məlumatların qorunması və şəxsi məlumatların məxfiliyinin təmin edilməsi və s. kimi məsələlərə xüsusi diqqət yetirərək, beynəlxalq səviyyədə bu prinsiplərin tətbiqinə şərait yaradacaq. Düşünürəm ki, bu cür beynəlxalq təşəbbüslər dünya miqyasında kibercinayətkarlıqla mübarizədə böyük əhəmiyyət kəsb edir. Təhlükəsiz və etibarlı bir rəqəmsal mühitin yaradılması hər bir ölkənin inkişafı üçün vacibdir. Həm dövlətlər, həm də fərdi istifadəçilər kibercinayətkarlıq və onun yaratdığı təhdidlərlə qarşı-qarşıyadırlar. BMT-nin bu konvensiyası qlobal səviyyədə mübarizəni daha güclü və əlaqələndirilmiş edəcək. Bu, yalnız təhlükəsiz internet mühiti yaratmaqla kifayətlənmir, həm də iqtisadiyyatlardakı rəqəmsal transformasiya proseslərinə dəstək verəcəkdir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu cür beynəlxalq müqavilələrin həyata keçirilməsi üçün ölkələr arasında əməkdaşlıq və etimad vacibdir. Ancaq hər bir ölkə konvensiyanın tətbiqinə uyğun resursları və siyasətləri yaratmalıdır ki, bu təşəbbüs öz nəticələrini verə bilsin”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri