Icma.az
close
up
RU
Bayden administrasiyasına qarşı korrupsiya ittihamları genişlənir ŞƏRH

Bayden administrasiyasına qarşı korrupsiya ittihamları genişlənir ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 fevral, AZƏRTAC

Son dövrlərdə aparılan audit yoxlamaları Cozef Bayden administrasiyasının korrupsiya məsələləri ilə bağlı ciddi suallar doğurduğunu göstərir. ABŞ-ın keçmiş Prezidenti Bayden hakimiyyəti dövründə korrupsiya iddiaları zaman-zaman gündəmə gəlsə də, son araşdırmalar bu məsələlərin düşündüyümüzdən daha dərinə gedə biləcəyini ortaya qoyur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O qeyd edib ki, xüsusilə Ukraynaya ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənmədiyi barədə iddialar bu ölkəyə göstərilən beynəlxalq yardımların şəffaflığı ilə bağlı ciddi şübhələr yaradıb. “Aparılan audit nəticələrində Ukrayna hərbçilərinin reabilitasiyası üçün ayrılan 144 milyon dolların oyun konsolları və proqram təminatının saxtakarlıqla alınmasına sərf olunduğu iddia edilir. Əgər bu faktlar təsdiqlənərsə, bu, yalnız maliyyə pozuntusu deyil, həm də genişmiqyaslı korrupsiya sxeminin mövcud olduğunu göstərəcək”, - deyə deputat əlavə edib.

Onun fikrincə, bu cür hallar ABŞ-ın dünya miqyasında korrupsiyaya qarşı apardığı mübarizənin səmimiliyini sual altına alır. “Vaxtilə Bayden administrasiyası şəffaflıq və korrupsiyaya qarşı mübarizə məsələlərində qlobal liderlik iddiasında idi. Lakin indi məlum olur ki, administrasiyanın daxilində bu prinsipə əməl olunmayıb. Xüsusilə Baydenin oğlu Hanter Baydenin biznes fəaliyyətləri, onun Ukrayna və Çin şirkətləri ilə əlaqələri uzun müddətdir mübahisə doğurur və bu məsələlər administrasiyanın etibarına ciddi zərbə vurub”, - deyə Müşfiq Məmmədli bildirib.

Deputat vurğulayıb ki, bu vəziyyət ABŞ-ın daxili siyasətində ciddi rezonans doğurmaqla yanaşı, beynəlxalq müstəvidə də etimad böhranına səbəb ola bilər. Xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Bayden administrasiyasına qarşı irəli sürülən korrupsiya ittihamları və Baydenin oğlunu əfv etməsi, bu məsələlərin hüquqi, siyasi və mənəvi aspektlərdə ciddi müzakirələrə yol açıb. Hər şeydən əvvəl bu, ABŞ-ın öz hüquq sisteminə nə qədər sadiq olduğunu və korrupsiyaya qarşı mübarizədə nə qədər prinsipial davrandığını göstərəcək.

Müşfiq Məmmədli əlavə edib ki, demokratiyanın beşiyi hesab edilən bir ölkədə bu gün belə problemlərin mövcudluğu bir daha sübut edir ki, korrupsiya qlobal problemdir və onunla mübarizə bütün dövlətlər üçün eyni dərəcədə önəmlidir. Ümid edirik ki, aparılan araşdırmalar ədalətli nəticələrə gətirib çıxaracaq və korrupsiya hallarına yol verən şəxslər qanun qarşısında cavab verəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri