Icma.az
close
up
RU
Kiberpolisdən növbəti əməliyyat

Kiberpolisdən növbəti əməliyyat

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası istiqamətində xüsusi əməliyyat keçirib.

DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, eyni anda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, “Instagram”da bu şəxslər tərəfindən “TT”, “Admiral”, “Bir-iki”, “Gold” və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb ediliblər. N.Vəliyev və A.Əsgərli məsuliyyətdən yayınmaq  məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələrdən istifadə ediblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan “Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti təşkil ediblər. Dəstə üzvlərindən  aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub.

Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, N.Vəliyev və A.Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.

Nurəngiz Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri