Icma.az
close
up
RU
Kibertəhlükəsizlik üzrə kompleks tədbirlər vacibdir Elvin Şahverdiyev

Kibertəhlükəsizlik üzrə kompleks tədbirlər vacibdir Elvin Şahverdiyev

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Təhlükəsizlik məsələləri daha spesifik olmaqla yanaşı, kompleks tədbirlərin həyata keçirilməsini də tələb edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti və “AzİnTelekom” MMC-nin birgə təşkil etdiyi, media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda keçirilən təlimdə Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev bildirib.

Elvin Şahverdiyev bildirib ki, təhlükəsizlik məsələləri həm daha spesifik yanaşmanı, həm də kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi təkcə texniki proseslərlə məhdudlaşmır, bu sahəyə daha geniş və çoxşaxəli yanaşma vacibdir:

“İnformasiya və kibertəhlükəsizlik bu gün müxtəlif sahələrdə aktuallıq kəsb edir. Sektorlar üzrə fərqli formalarda təzahür etsə də, tətbiq olunan qorunma üsulları – yəni klassik və kompleks tədbirlər – ümumilikdə oxşar məntiqə əsaslanır”.

O qeyd edib ki, media nümayəndələrinin risklərə qarşı diqqətli davranışı və ölkədə bu sahəyə göstərilən xüsusi diqqət nəticəsində Azərbaycan 2024-cü ildə Qlobal Kibertəhlükəsizlik İndeksində 36 pillə irəliləyərək 12-ci yerə yüksəlib:

“Bu göstərici ölkəmizdə kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədbirlərin və bu sahəyə olan marağın real nəticəsidir”.

Şahverdiyevin sözlərinə görə, Qlobal Kibertəhlükəsizlik İndeksi müxtəlif meyarlar əsasında formalaşdırılır. Bunlara mövcud qanunvericilik bazası, əhalinin maarifləndirilməsi, rəqəmsallaşma sahəsində atılan addımlar və digər amillər daxildir:

“2024-cü ildə yüksək nəticələr əldə etdik. Artıq 2025-ci il üçün prioritet istiqamətlər müəyyənləşdirilib və bu çərçivədə aidiyyəti dövlət qurumları tərəfindən ciddi addımlar atılır. Xüsusilə rəqəmsal məkanın subyektlərində informasiya və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi əsas prioritetlər sırasındadır”.

O əlavə edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəqəmsal məkanda minimal təhlükəsizlik tələblərinin formalaşdırılması istiqamətində fəaliyyət göstərir:

“Minimal kibertəhlükəsizlik tədbirləri artıq hazırlanıb və hazırda müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Bu istiqamətdə Elektron Təhlükəsizlik Xidməti, Medianın İnkişafı Agentliyi və digər tərəfdaşlarla görüşlər keçirilib”.

Nəhayət, Elvin Şahverdiyev diqqətə çatdırıb ki, informasiya və kibertəhlükəsizlik üzrə minimal tələblər insan faktoru, texnologiya və idarəetmə aspektlərini əhatə edir

“Bu tələblər beynəlxalq təcrübə əsasında hazırlanıb. İnkişaf etmiş ölkələrin qabaqcıl nümunələri nəzərə alınaraq tədbirlər formalaşdırılıb. Ümid edirik ki, bu yanaşma rəqəmsal məkanın təhlükəsizliyinin təminatçısı olacaq”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri