Icma.az
close
up
RU
Elvin Şahverdiyev: Kibertəhlükəsizlik sosial və iqtisadi sabitliyin vacib elementidir

Elvin Şahverdiyev: Kibertəhlükəsizlik sosial və iqtisadi sabitliyin vacib elementidir

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Müasir dövrdə kibertəhlükəsizlik məsələsi təkcə texnoloji müstəvidə deyil, həm də iqtisadi və sosial rifahın qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Gənclərin bu sahədə fəallığının artırılması və onların texnoloji liderlər kimi yetişməsi dövlət üçün önəmli hədəflərdən biridir. Gənclərin hər biri gələcəyin texnoloji liderləri, innovasiya daşıyıcılarıdır. Rəqəmsallaşmanın dayanmadan inkişaf etdiyi bir dövrdə gənclərin rolu daim genişlənir. Gənclərin bu sahədə yetişməsi strateji hədəfimiz olmalıdır".
Demokrat.az xəbər verir ki, bu sözləri Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev aprelin 23-də Bakıda keçirilən Gənclərin Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı söyləyib.
O, çıxışında əmək bazarında və ictimai sektorda kibertəhlükələrin təsirindən də bəhs edib: "Dünyada baş verən kibertəhlükə hadisələri və müvafiq statistika göstərir ki, bu sahəyə maraq artmaqdadır və gələcəkdə potensial təhlükələrə qarşı hazırlıqlı olmaq üçün bu istiqamətdə maarifləndirmə vacibdir. Statistik göstəricilərə əsasən, son dövrlərdə fidyə proqram təminatı (ransomware) ən geniş yayılmış kibertəhlükə vektorlarından biri olub. 2022-2024-cü illər ərzində bu hücumlar təkcə texnoloji deyil, həm də qlobal iqtisadiyyata ciddi zərbələr vurub. Müvafiq hesablamalara görə, yalnız 2023-2024-cü illərdə kibercinayətlərin dünya iqtisadiyyatına vurduğu zərərin həcmi 30 milyard dollardan artıq qiymətləndirilir".
E.Şahverdiyev əlavə edib ki, süni intellektin inkişafı ilə bağlı yaranan yeni təhlükələr də diqqət mərkəzində saxlanmalıdır: "Süni intellekt vasitəsilə yaradılmış saxta videolar (deepfake) fərdi və institusional zərərlərə yol açır, bu səbəbdən də təhlükəsizlik məsələləri texniki yanaşmadan daha çox strateji müstəviyə keçir. Bu, təkcə bir təhlükəsizlik məsələsi deyil, həm də sosial sabitlik və iqtisadi davamlılıq məsələsidir. Gənclərin bu sahədə yetişməsi və bu istiqamətdə biliklərlə silahlanması dövlət üçün strateji üstünlük yaradır".
Onun sözlərinə görə, ölkəmizdə 2023-2027-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik üzrə Strategiyanın icrası uğurla davam etdirilir: "Bu Strategiyanın icrası çərçivəsində müxtəlif dövlət qurumları, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilir".
E.Şahverdiyev forum çərçivəsində aparılan müzakirələrin, verilən sualların və səsləndirilən ideyaların gənclərin inkişafında mühüm rol oynadığını qeyd edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib: "Bu forum yalnız müzakirə məkanı deyil, həm də yeni ideyaların formalaşdığı, gələcəyə yönəlmiş addımların atıldığı bir platformadır. Biz birlikdə gələcəyin təhlükəsiz rəqəmsal mühitini qururuq", - deyə o, çıxışını yekunlaşdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri