Kiçik addımlar böyük nəticələr layihəsinə start verilib
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cari ilin iyun ayından “Pediatrik Kardiologiya və Revmatologiya" ictimai birliyi “Kiçik addımlar-böyük nəticələr” adlı layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, “Kiçik addımlar-böyük nəticələr” layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.
“Pediatrik Kardiologiya və Revmatologiya" ictimai birliyinin sədri Sveta Rəfiyeva bildirmişdir ki, layihənin icrasına 01 iyun 2026-cı il tarixindən başlanılmışdır. Layihə icrası Kürdəmir, Ucar, Göyçay və Yevlax rayonlarında nəzərdə tutulmuşdur. Layihə iki ay davam edəcək.
Layihənin əsas məqsədi insanlarda davamlı sağlam həyat tərzini formalaşdırmaq, bunu onların gündəlik tələbatına çevirmək, insanların öz sağlamlıqlarına məsuliyyətlərini artırmaq və beləliklə sağlam həyat tərzini yaşam tərzinə çevirmək də insanlara yardımçı olmaqdır.
Layihənin icrası ilə bağlı mütamadi olaraq ictimaiyyətə geniş məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 09 İyun 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















