Icma.az
close
up
RU
Kiçik yaşlı uşaqların psixikasına internetin təsiri

Kiçik yaşlı uşaqların psixikasına internetin təsiri

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Son dövrlərdə kütləvi informasiya vasitələrində, mətbuatda uşaqların texnikaya, kompüterə həddən çox meyil göstərməsi nəticəsində onların ünsiyyət sferasında, sağlamlığında ciddi problemlərin yaranması ilə bağlı xeyli sayda məlumatlara rast gəlmək olur. Əlbəttə, müasir insan üçün, xüsusən də XXI əsrin ixtisaslı kadrı üçün kompüterdən istifadə etmək, onun dərinliklərinə bələd olmaq labüddür. Məhz buna görə də, son vaxtlar, valideynlər uşaqlarının gələcəyini düşünərək kiçik yaşlarından övladlarına kompüter alır, onları müxtəlif kurslara aparır və bunu faydalı hesab edirlər. Lakin bu, bəzən onunla nəticələnir ki, kompüter uşağın əsas “ünsiyyət partnyoruna” çevrilir və valideynlərilə, yaşıdlarıyla olan ünsiyyətini əvəzləməyə başlayır”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Günəş Əfəndiyeva bildirib.

Onun sözlərinə görə, uşaq əksər vaxtını “hissiyyatsız”, “cansız” maşınla təklikdə, kompüter oyunlarının fantastik aləmində, internet dolanbacında keçirir. Buradan onun “qazandıqları” isə, əksər hallarda, heç də ürəkaçan olmur. İnternetin daha çox populyar olduğu ölkələrdə valideynlər uşaqlarının həmyaşıdları ilə ünsiyyətdən qaçdığını, onlarda kitab oxumağa meyilin azalmasını göstərirlər. Son illər psixoloqların apardığı tədqiqatlarda da, internetdən həddən çox istifadə edən uşaqlarda aqressivliyə, zorakılığa meyilin yüksək olması, fantaziyalara, yaradıcılığa meyilin zəifləməsi, onlarda təfəkkürün analiz-sintez fəaliyyətinin çətinliklə getdiyi müəyyən olunmuşdu. Ümumiyyətlə, uşaqların məktəb yaşına qədər kompüterdən istifadəsi məqsədəuyğun deyil. Əvvəla, təcrübə onu göstərir ki, uşaqlar məktəb dövründə kompüterdən istifadəni öyrəndikdə belə yüksək nailiyyətlər əldə edə bilirlər. Digər tərəfdən, 3-4 yaşından həddən artıq kompüterdən istifadə edən uşaqların böyüyəndən sora bu müddət ərzində elə bir şey öyrənmədiyinin şahidi olar. Çünki, erkən dövrdə uşağın əqli qabiliyyətləri onu ətrafda, real həyatda baş verənlərdən ayıran hansısa texnikanın köməyi ilə deyil, ətraf mühitlə qarşılıqlı əlaqədə, onun aktiv qavranılmasında inkişaf edir. Hansısa informasiyanı uşağa aşılamaq üçün onu kompüter arxasında otuzdurmaqdansa, əlindən tutub real həyatda onu göstərmək daha faydalı olar. Məsələn, heyvanlar haqqında, heyvanxanaya, bitkilər haqqında botanika bağına və ya adi parklara gəzintiyə çıxarmaq, mədəni inkişafı üçün kukla teatrına apararaq, onunla gördüklərini müzakirə etmək uşağın əqli qabiliyyətlərinin inkişafı baxımından əvəzedilməz rol oynaya bilər.
Psixoloqun verdiyi məlumata görə, valideynlər unutmamalıdırlar ki, uşağın normal psixi inkişafı üçün ünsiyyət və kollektiv oyunlar, onunla gördükləri və eşitdiklərini müzakirə etmək faydalı olduğu qədər də zəruridir: “Belə ki, internetdən nə qədər gözəl informasiyalar götürməsindən asılı olmadan, uşağın inkişafı və tərbiyəsində valideynin təsirini, uşağı istiqamətləndirilməsini heç bir texnika əvəz edə bilməz. Ümumiyyətlə, qeyd etmək istərdim ki, nəinki kiçik yaşlı, hətta daha böyük yaşlarda olan uşaqların belə, kompüterdən istifadəsinə böyüklər tərəfindən nəzarət olunmalıdır. Onlara evdə, məktəbdə kompüterdən istifadənin mədəniyyəti aşılanmalı, müasir texnologiyalardan sui-istifadənin nəticələri haqqında məlumatlar verilməlidir. Bəzi hallarda hətta böyüklərin nəzarəti altında, məhdud vaxt çərçivəsində uşaqların kompüter arxasında vaxt keçirməsinə imkan verilməsi məqsədəuyğun olardı”- deyə psixoloq Günəş Əfəndiyeva bildirib.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri