Icma.az
close
up
RU
İqlim dəyişikliyinin yeniyetmələrin psixikasına təsiri araşdırılıb

İqlim dəyişikliyinin yeniyetmələrin psixikasına təsiri araşdırılıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqlim dəyişikliyinin yeniyetmələr, xüsusilə də qızlarda yaratdığı psixoloji təsirlər öyrənilib.

“MedicalXpress” portalı xəbər verir ki, bu tədqiqat ilk genişmiqyaslı araşdırmadır. Banqladeşdə 1000-dən çox yeniyetmə ilə sorğu keçirilib, daşqınlara məruz qalan Barisal və daha sabit olan Dəkkə şəhərlərində qruplar təşkil edilib. Daşqın riski yüksək olan Barisaldakı yeniyetmələrdə təşviş əlamətləri iki dəfə, depressiya əlamətləri isə üç dəfə çox müşahidə olunub. Qızlar arasında məişət stresi və zorakılıqla bağlı narahatlıqlar artır. İqlim qorxusu yeniyetmələrin gündəlik rifahına və gələcəklə bağlı planlarına mənfi təsir göstərir. Müşahidələrə görə, daimi stres şəraitində ailələr uzunmüddətli planlaşdırma əvəzinə yalnız qısamüddətli tədbirlərə yönəlirlər. Gənclər iqlim hadisələrinin ailə gəlirlərinə vurduğu zərər səbəbindən təhsil və karyera planlarını unudur, nəticədə isə fatalizm, erkən nikah və emosional gərginliklə üzləşdiklərini bildiriblər.

Araşdırmanın müəlliflərindən olan Liza Qoldberq bu tapıntıların iqlim dəyişikliyindən ən çox təsirlənən gənclərin, xüsusən də qızların psixoloji vəziyyətinə dair nadir və vacib məlumatlar təqdim etdiyini vurğulayıb. Tədqiqatın nəticələri psixi sağlamlıq problemlərinin cəmiyyətin iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətinə mane olduğunu göstərir. Qeyd olunur ki, gənclərin gələcəklə bağlı plan qura bilməməsi, bütövlükdə cəmiyyətin dayanıqlılığını təhlükə altına alır. Bu tədqiqat iqlim dəyişikliyinin təkcə fiziki və iqtisadi deyil, həm də ciddi psixoloji nəticələr doğurduğunu və bu təsirlərin qiymətləndirilməsi ilə bağlı daha dərin və davamlı araşdırmalara ehtiyac olduğunu ortaya qoyur.(azərtac)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri