Icma.az
close
up
RU
Kilsə hakimiyyət qarşıdurması Ermənistan cəmiyyətini parçalaya bilər ŞƏRH

Kilsə hakimiyyət qarşıdurması Ermənistan cəmiyyətini parçalaya bilər ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Apostol Kilsəsinin rəhbəri II Qaregini səlahiyyətsiz şəkildə taxtı ələ keçirməkdə ittiham edib.

Kilsə və hakimiyyət arasında yaranan açıq qarşıdurma Ermənistanın sabitliyinə və cəmiyyətin parçalanmasına səbəb ola bilərmi?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, bu qarşıdurma müəyyən mənada cəmiyyətdə parçalanmaya gətirib çıxara bilər:

"Ən azından ona görə ki, erməni Apostol Kilsəsi həm dövlətin mərkəzi hakimiyyət institutu ilə sıx bağlı olub, həm də xalqın milli identikliyinin formalaşmasında tarixi rol oynamış bir qurumdur. Bu səbəbdən kilsə istər-istəməz əhali arasında böyük nüfuza malikdir. Məsələyə bu nöqteyi-nəzərdən baxdıqda, onun dini, tarixi və mədəni konteksti aydın görünür. Erməni kilsəsi uzun illər ərzində Ermənistanda milli şüurun daha monolit və yekdil olmasına xidmət edən dini bir struktur kimi fəaliyyət göstərib. Bu baxımdan, kilsəyə qarşı hər hansı təzyiq, hücum və ya siyasi təqib cəhdləri xalq tərəfindən milli adət-ənənələrə və mənəvi dayaqlara yönəlmiş bir təhdid kimi qəbul edilir. Xüsusilə dini zəmində formalaşmış kilsəətrafı icmalarda bu əhval-ruhiyyə daha güclüdür. Baqratın hərəkatı və Şirak yeparxiyasının mərkəzi hakimiyyətə qarşı etirazları da məhz bu xüsusiyyət üzərində formalaşmışdı. Təbii ki, prosesin siyasi aspektləri də mövcuddur".

Deputat əlavə etdi ki, gərginlik ruhani strukturlarla hakim dairələr arasında artarsa, bu, dini qurumların fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarar:

"Hakimiyyət daha çox dünyəvi dövlət prinsiplərini önə çəkir, idarəetmədə dini təsiri minimuma endirməyə çalışır. Kilsə isə bunu öz tarixi missiyasına qarşı bir təhdid kimi qiymətləndirir və nəticədə qarşıdurma dini və mədəni çalarlardan siyasi müstəviyə keçir. Siyasi məzmun qazandıqdan sonra bu qarşıdurma daha da sərtləşir və cəmiyyət daxilində parçalanma baş verə bilər. Bu parçalanma əsasən dünyəviliyin tərəfdarları ilə ənənəyə sadiq qalanlar arasında müşahidə olunur. Burada məsələ təkcə dini deyil, dini-siyasi dəyərlərə münasibətdə yaranan fikir ayrılıqları ilə bağlıdır. Bu isə milli birliyi müəyyən mənada zəiflədir. Yeni çağırışlar da bu fonda formalaşır: bir tərəfdən dünyəvi düşüncəli təbəqələr arasında kilsəyə etimad azalır, digər tərəfdən isə dini təbəqələr hakimiyyəti milli və mənəvi dəyərlərə qarşı təzyiq göstərməkdə ittiham edirlər. Belə vəziyyətdə həm kilsəyə, həm də hakimiyyətə etimad eyni vaxtda zəifləyir. Bundan əlavə, xarici qüvvələr də proseslərə təsir göstərməyə çalışır. Erməni diasporu və xaricdəki erməni kilsəsinin dayaqları bu məsələdə bəzən bir-birindən fərqli mövqelər tutur. Məsələn, bəzi ölkələrdə diaspor daha aktivdir, bəzi yerlərdə isə kilsənin təsiri daha güclüdür. Bu təsir bəzən yerli kanallar vasitəsilə, bəzən də dövlət səviyyəsində həyata keçirilir. Xüsusilə Fransadakı erməni diasporu Fransa hakim dairələri üzərindən Ermənistandakı proseslərə təsir göstərməyə çalışır və bu da mərkəzi hakimiyyətə yönəlmiş siyasi təzyiqləri artırır. Bütün bunlar onu göstərir ki, proses hələ başa çatmayıb və qarşıdurma yeni mərhələyə qədəm qoyur".

Müsahibimizin sözlərinə görə, Ermənistan hakimiyyəti ilə kilsə arasında gərginliyin böyük tarixi yoxdur.

"Bu mübarizə son bir-iki ildə, xüsusilə 2024-cü ildə daha açıq şəkildə özünü göstərib. Qarşıdurmanın kulminasiya nöqtəsi həmin ilin may ayında müşahidə olunmuşdu. 2025-ci ilin fevralından etibarən bu istiqamətdə yeni proseslərin başlanacağı elan olunsa da, reallıq göstərir ki, kilsə hələlik monolit şəkildə birləşə bilməyib. Üstəlik, daxili korrupsiya halları da onun nüfuzuna zərbə vurur və bu da hakimiyyətin əlini gücləndirir. Hakim dairə bundan istifadə edərək keşişlərin həbsi və maliyyə yoxlamaları kimi addımları əsaslandıra bilir. Nəticə etibarilə, bu mübarizə hələ yeni vüsət almaqdadır və yaxın gələcəkdə, xüsusilə də parlament seçkiləri ərəfəsində, daha kəskin və açıq formada davam edəcəyi gözlənilir", - deyə Azər Allahverənov qeyd etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri