Kilsə Paşinyan qarşıdurması böyüyür Baş nazirə ittihamlar irəli sürüldü
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Erməni kilsəsində guya mövcud olan “kilsədaxili qarşıdurmalar”la bağlı yayılan tezislər süni xarakter daşıyır və bu cür məlumatlar hakimiyyətin kilsənin daxili işlərinə qanunsuz müdaxiləsini legitimləşdirmək məqsədi güdür”.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bu barədə dünən keçirilən iclasda Ali Ruhani Şura bəyan edib.
Bütün ermənilərin katolikosu yanında fəaliyyət göstərənməsləhətçiorqan olan Ali Ruhani Şura bildirib ki, kilsənin siyasi proseslərə cəlb olunması ilə bağlı ittihamlar əsassız və qəbuledilməzdir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən ilin yazından etibarən katolikos II Qareginin istefasını tələb edir. Əvvəlcə onu subaylıq andını pozmaqda, daha sonra isə “xarici agent” olmaqda ittiham edən Paşinyana bu müddət ərzində bir sıra yüksək rütbəli din xadimləri də qoşulub. Uzun müddət kanonik çərçivəyə qayıtmaq çağırışlarından sonra II Qaregin Paşinyanı dəstəkləyən yepiskoplardan Gevoq Saroyanı vəzifəsindən uzaqlaşdırıb.
Ali Ruhani Şura bəyanatında bəzi yepiskopların davranışlarından, Eçmiədzin və bütün ermənilərin katolikosu əleyhinə səsləndirilən açıqlamalardan və ittihamlardan ciddi narahatlığını ifadə edib. Şura, həmçinin, bir qrup yepiskopun Paşinyanr tərəfindən irəli sürülən “kilsə islahatları” təşəbbüsünə qoşulmasını qəti şəkildə pisləyib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 14 Yanvar 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















