Icma.az
close
up
RU
Paşinyan kilsə qarşıdurması güclənir

Paşinyan kilsə qarşıdurması güclənir

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hakimiyyət seçkilərə qədər kilsəni zərərsizləşdirməyə çalışır

Ermənistanda Paşinyan hökuməti ilə kilsə arasında gərginlik davam edir. Tərəflər arasında ziddiyyətlər Azərbaycanın İkinci Qarabağ müharibəsində erməni ordusunu məğlub etməsi və Qarabağ üzərində suverenliyini tam bərpa etməsindən sonra başlayıb. Ötən ilin may ayında Qazaxın dörd kəndinin qaytarılmasından sonra isə keşiş Baqratın rəhbərliyi altında Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarına start verildi. Lakin bir müddət sonra həmin aksiyalar fiaskoya uğradı.

Paşinyan II Qaregini devirə biləcəkmi?

Bununla belə, Paşinyan-kilsə qarşıdurması son zamanlar yeni mərhələyə keçib. Bu dəfə N.Paşinyan kilsəyə, xüsusilə kilsənin rəhbəri II Qareginə (Ktriç Nersisyan) qarşı hücuma keçib. Məsələ ondadır ki, erməni kilsəsi ölkənin siyasi idarəçiliyinə müdaxilə etməyə çalışır, Paşinyan isə bunu qəbul etmək niyyətində deyil. Elə son çəkişmənin də mahiyyəti və motivi bundan ibarətdir. O bildirmişdi ki, bütün ermənilərin katolikosunun seçilməsində son qərarı Ermənistan hökuməti verməlidir. O vurğulamışdı ki, Ermənistan Apostol Kilsəsinin rəhbərinin seçilməsi qaydası dəyişməlidir - dövlətin seçkilərdə həlledici səsə sahib olması və namizədlərin etik baxımdan yoxlanılması vacib şərt kimi önə çıxarılmalıdır.

N.Paşinyan Ermənistanda bəzi kilsələrin acınacaqlı vəziyyətdə olduğunu da demiş və  əlavə etmişdi ki, kilsələrin əksəriyyəti tikinti tullantıları anbarı kimi istifadə edilir. Bütün bunların ardınca, baş nazir II Qaregini vəzifəyə təyin olunarkən könüllü olaraq qəbul etdiyi subaylıq andını pozmaqda ittiham edib. Paşinyan II Qareginin övladının olduğunu iddia edib və bunu sübut etməyə hazır olduğunu vurğulayıb. Daha sonra o, tələb edib ki, katolikos II Qaregin Eçmiədzinin ana taxtını tərk etməlidir. “Erməni Apostol Kilsəsi seçkilərə qədər əxlaqı təsdiqlənəcək yeni katolikosu seçməlidir”, - deyən Paşinyan Erməni Apostol Kilsəsinin bütün dindarlarını “Eçmiədzin Ana Taxtına bütün ermənilərin yeni katolikosunun seçilməsi işi ətrafında birləşməyə” də çağırıb. İyunun 10-da isə N.Paşinyan Erməni Apostol Kilsəsinin ardıcıllarına müraciət edərək bəyan edib ki, Eçmiədzin kilsəsinin hazırkı rəhbərlikdən azad edilməsi üçün fəal addımlar atmalı və yeni katolikosluq seçkiləri təşkil olunmalıdır. Baş nazir bununla bağlı təşkilati məsələlərini tənzimləmək üçün Koordinasiya Qrupu yaratmağın vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Koordinasiya Qrupunun üzvləri kişilər, qadınlar, sadə insanlar və ya din xadimləri ola bilər. Koordinasiya Qrupuna daxil olan din xadimlərinin subaylıq andını pozmamaları məcburidir.

Keşiş Baqrat nə ilə ittiham olunur?

Hakimiyyət-kilsə qarşıdurmasının daha da gərginləşməsi fonunda Ermənistan İstintaq Komitəsi müxalif “Müqəddəs mübarizə” adlı hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində axtarışlar aparıb. “Müqəddəs mübarizə” adlı hərəkatın iştirakçıları və liderləri Ermənistanda hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və fəaliyyətlər həyata keçirməyi planlaşdırırdılar”, - deyə İstintaq Komitəsi Qalstanyanın, eləcə də onun tərəfdarlarının evlərində aparılan axtarışların səbəbini belə izah edib. Axtarışlardan sonra Ermənistanda terror yolu ilə hakimiyyət çevrilişinə cəhddə suçlanan keşiş Baqrat Qalstanyan saxlanılıb. Axtarışlardan sonra hüquq-mühafizə orqanları keşişi maşına mindirərək aparıblar. Keşiş Baqratın rəhbərliyilə “Müqəddəs mübarizə” təşkilatının hakimiyyət çevrilişi planında  “Daşnaksütyun” partiyası da iştirak etdiyi üçün bu partiyanın da bir sıra üzvlərinin axtarışı həyata keçirilir.

Yaranmış vəziyyətə baş nazir Paşinyan da reaksiya verərək bildirib ki, Ermənistanın hüquq-mühafizə orqanları ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısını alıblar.  “Hüquq-mühafizə orqanlarının əməkdaşları “kriminal oliqarx ruhanilərin” Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirməyə hesablanmış irimiqyaslı və bədnam planının qarşısını alıblar”, - deyə o, “Telegram” kanalında yazıb və İstintaq Komitəsinin bəyanatını dərc edib.

Ermənistanda güc strukturları tərəfindən daha bir neçə müxalifət üzvü, o cümlədən iki din xadimi saxlanılıb. Din xadimlərindən biri “Müqəddəs mübarizə” hərəkatının lideri Baqrat Qalstanyanın evinin yaxınlığında həbs edilib.

“Arxiyepiskop Baqratdan başqa, din xadimləri Qrayr və Movses də saxlanılıb. Onların statusu artıq məhbus kimi qiymətləndirilir”, - deyə vəkil Sergey Arutyunyan Qalstanyanın evinin yaxınlığında jurnalistlərə bildirib. Keşiş Hrayrın saxlanılması görüntüləri yerli telekanallar tərəfindən yayımlanıb.

Ermənistan parlamentinin müxalif “Ermənistan” (“Hayastan”) fraksiyasından olan deputatı Qeqam Manukyan da feysbuk səhifəsində Ermənistan müxalifət partiyası ali orqanının üzvü İqor Sarkisyanın saxlanılması barədə məlumat yayıb.

Politoloq: Belə tədbirlər müxalifəti daha da radikallaşdıra bilər

Qeyd edək ki, Ermənistan cəmiyyətində bu qarşıdurma təkcə dini və mənəvi məsələlərlə məhdudlaşmır. Erməni ekspertlər Paşinyan və kilsə arasında gərginliyi gələn il keçiriləcək parlament seçkiləri ilə əlaqələndirirlər. Belə ki, kilsə Paşinyana müxalif olan revanşist qüvvələrlə işbirliyindədir. Paşinyan isə seçki öncəsi bu düşərgəni zəiflətməyə və ictimai nüfuzlarını sarsıtmağa çalışır. Görünən odur ki, erməni baş nazir II Qaregini postundan uzaqlaşdırana qədər mübarizəni davam etdirəcək.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, baş verən son hadisələr fonunda Ermənistanda dövlət çevrilişi ehtimalı, siyasi böhranın daha da dərinləşməsi və kilsənin siyasətdə rolunun artması kimi sualları gündəmə gətirir. Onun sözlərinə görə, Qalstanyanın getdikcə daha geniş dəstək qazanması, xüsusən də Eçmiədzin kilsə çevrəsinin fəallaşması hakimiyyət üçün ciddi təhlükə siqnalı sayıla bilər.

Politoloqun fikrincə, Paşinyan hökuməti bir tərəfdən təhlükəsizlik tədbirlərini artırmağa çalışsa da, digər tərəfdən bu cür tədbirlər müxalifəti daha da radikallaşdıra bilər: “Hazırkı proseslər Ermənistanın daxili siyasi sabitliyi üçün ciddi sınaq sayıla bilər və qarşıdakı günlərdə situasiyanın daha da kəskinləşəcəyi istisna edilmir”.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyun 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri