Icma.az
close
up
RU
Kilsə Paşinyana qarşı oliqarxlarla birləşib Politoloq

Kilsə Paşinyana qarşı oliqarxlarla birləşib Politoloq

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baş nazirə qarşı çevriliş və sui-qəsd iddiaları gündəmdədir


Paşinyan başa düşür ki, seçkini uduzarsa, qurtuluşu qeyri-mümkündür

Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi gərginlik artmaqdadır. Hakimiyyətlə Kilsə arasındakı qarşıdurma yeni, daha sərt mərhələyə keçib. Erməni Apostol Kilsəsinin yüksək rütbəli din xadimlərindən birinin intim xarakterli videosunun yayımlanması ölkəni silkələyib. Eçmiədzin Patriarxlığının Baş Katibliyinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryan yayılan görüntülərə münasibət bildirərək videonun saxta olduğunu və bunun Paşinyan hakimiyyətinin siyasi təbliğat hoqqabazlığı olduğunu deyib: 

"Bu, hakim siyasi qüvvənin təbliğat aparatının bayağı hoqqabazlığıdır. Mənim adımı bu prosesə qatmaq siyasi sifarişdir. Enerjinizi qoruyun, cənablar məsuliyyət anı gələcək və o an sizin "arxa tərəfiniz" tam görünəcək". Xaçatryan hesab edir ki, hökumət Kilsəni susdurmaq üçün şantaja və kompromat savaşına keçib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə məbədlərin Erməni Apostol Kilsəsindən ayrılmasını və dövlətin balansına verilməsini mümkün hesab edir. Söhbət tarixi abidə statusuna malik olan kilsə və monastırlardan gedir. N.Paşinyan hesab edir ki, bu məbədlərdə mənəvi həyat yoxdur, ora müxtəlif fitnə və intriqaların meydanıdır. Hakimiyyət isə bu məbədləri cəmiyyətə qaytarmaq üçün hər cür mənəvi və hüquqi vasitələrə malikdir. Baş nazir yenidən II Qaregini nikahsızlığı pozmaqda günahlandırıb və əlavə edib ki, hakimiyyətin Erməni Apostol Kilsəsi ilə heç bir münaqişəsi yoxdur: "Bizim münaqişəmiz Müqəddəs Eçmiədzini qəsb edən və murdarlayan bir qrup insanladır". Bu arada Ermənistanda Erməni Apostol Kilsəsi (EAK) tərəfindən təsis edilən "Şoqakat" televiziya kanalı da bağlanıb. Ermənistan hökuməti ilə Kilsə arasında münasibətlər may ayında Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi haqqında internetdə təhqiramiz ifadələrindən sonra pisləşib. O, bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini və bu prosesdə dövlətə aparıcı rolun verilməsini təklif edib. İyun ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları arxiyepiskop Ajapahyanı saxlamaq üçün bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahına gəlsələr də, dindarların müqaviməti ilə üzləşiblər. Arxiyepiskop daha sonra katolikos iqamətgahını tərk edərək Ermənistan İstintaq Komitəsinə izahat vermək üçün İrəvana yollanıb. Oktyabrın 3-də İrəvan məhkəməsi arxiyepiskop Ajapaxianı hakimiyyəti ələ keçirməyə çağırışda ittiham edərək iki il müddətinə azadlıqdan məhrum edib.


Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında bildirib ki, əslində, Nikol Paşinyanın Kilsə ilə ixtilafları 7 il öncədən başlayıb. Ekspertin sözlərinə görə, o zaman hökumət-Kilsə qarşıdurması aşağı səviyyədə olduğuna görə, gərginlik üzə çıxmırdı: 


 "44 günlük savaş və sonrakı təlatümlər Ermənistanın siyasi mühitini ciddi şəkildə qarışdırdı. Paşinyan öz hakimiyyətini qorumaq üçün 3 böyük güclə mübarizəyə başladı. Bunlar revanşist qüvvələrdir ki, aralarında həm siyasi, həm də hərbi müxalifət var. Xatırladım ki, 2021-ci ilin fevral ayında Ermənistan ordusunun Baş Qərargahının yüksək çinli generalları Paşinyanın istefası ilə bağlı bəyanat verdilər. Baş nazir dərhal orduda kadr islahatlarına başladı. Paralel olaraq növbədənkənar parlament seçkilərinə getdi və mütləq qalibiyyət əldə etdi. Sonrakı dönəmdə müxalifətin getdikcə marginallaşdığını, zəiflədiyini gördük. Doğrudur, Paşinyanın və komandasının reytinqi də azalıb, amma rəqiblərinin nüfuzları erməni toplumunun nəzdində ikiqat aşağıdır. Paşinyanı siyasi və hərbi müxalifət qarşısında üstün edən məqam budur".


Analitik hesab edir ki, baş nazirə qarşı çıxan önəmli qüvvələr Erməni Apostol Kilsəsi və diaspordur: 

"Erməni diasporunda yer alan oliqarxlar Paşinyana ciddi müqavimət göstərir. Xüsusən, Rusiya Erməni Konqresi və tərəfdarları İrəvan hökumətinə meydan oxumaqla məşğuldur. Rusiya ermənilərinin Paşinyan hökumətinə təsirləri çox güclüdür. Rusiyadakı ermənilərin sayı Ermənistan əhalisindən çoxdur. Son 35 ildə ölkəni tərk etmiş ermənilərin əksəriyyəti Rusiyada məskunlaşıb. Onlar Rusiyadakı oliqarxların təsiri altındadır. Bu da Ermənistanın siyasi-iqtisadi həyatına ciddi təsir elementidir. Məhz bu reallığı nəzərə alan Moskva Ermənstana erməni oliqarxları göndərmişdi. İlk növbədə Ruben Vardanyanı İrəvana yolladılar. Təlimatlandırılmış bu şəxsin fəaliyyətinin uğursuz olmasından sonra Samvel Karapetyan Ermənistana ezam olundu. Açıq şəkildə hakimiyyətə qarşı çıxdı və Kilsə ilə birləşdi. Paşinyan hakimiyyəti isə S.Karapetyanı iqtisadi cinayətlərdə ittiham edərək həbsə atdı. Hələlik meydanda yeganə rəqib güc Kilsədir. Paşinyanın Kilsəyə qarşı mübarizəni sərtləşdirməsi bununla bağlıdır".


Siyasi şərhçi vurğulayıb ki, 2026-cı ildə keçiriləcək seçkilər Paşinyan üçün həyati əhəmiyyətə malikdir: 

"Seçkidə qalib olmaq Ermənistanın gələcəyi və Paşinyanın şəxsi siyasi-bioloji həyatı baxımından çox vacibdir. Baş nazirə qarşı çevriliş və sui-qəsd iddiaları gündəmdədir. Paşinyan başa düşür ki, seçkini uduzarsa, qurtuluşu qeyri-mümkündür. Kilsə ilə mübarizə keçən ilin mayından açıq müstəviyə keçib. Bu il gərginlik ən üst səviyyədədir. Baş nazir Kilsənin ən ciddi rəqibi olduğunun fərqindədir. Kilsənin erməni cəmiyyəti üzərində təsir imkanları çoxdur. Apostol Kilsəsi iki yüz ildən bəri Rusiyanın agentura şəbəkəsinin yerləşdiyi məkandır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri