“Paşinyana məsləhət kimi olmasın...” Politoloq
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, baş nazir Nikol Paşinyana müxalif olanlar Azərbaycanla sülh quruculuğunun əleyhinə olduqlarını gizlətmirlər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Seçki kampaniyasını genişləndirməyə çalışan eks-prezident Robert Köçəryan son müsahibələrindən birində deyib ki, “Tramp yolu” Ermənistana gəlir gətirməyəcək. Radikallarla əlaqəli olan saytlar da oxşar yazılar yayımlayaraq bildirirlər ki, Yaxın Şərqdəki hadisələrin fonunda “Tramp yolu”nun reallaşması guya sual altındadır, guya Vaşinqtonun bu layihəyə marağı azalıb, guya Avropa İttifaqı bu yolun əleyhinədir, halbuki, həmin dəhlizlə daşınacaq yüklərin son ünvanı məhz Avropa olacaq.
Paşinyana məsləhət kimi olmasın, ancaq baş nazirin parlamentdəki çıxışlarının birində rəqiblərinə bu sualları ünvanlaması yerində olar:
1. “Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasının əleyhinəsizmi?”;
2. “Ermənistan Azərbaycandan yanacaq almamalıdırmı?”;
3.“Rusiya və Qazaxıstan taxılının Azərbaycan üzərindən daşınmasının əleyhinəsizmi?”;
4. “Ermənistanı Azərbaycanla birləşdirən nəqliyyat yollarından imtinamı etməliyik?”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 01 May 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















