Icma.az
close
up
RU
Kilsənin toxunulmazlıq mifi dağılır

Kilsənin toxunulmazlıq mifi dağılır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Erməni cəmiyyətinin bu nifaq yuvasına baxışı dəyişir

Beləliklə, Erməni Apostol Kilsəsinin yüksək səviyyəli toplantısı – Arxiyerey Məclisi ilk dəfə Eçmiədzindən kənarda – xaricdə baş tutdu. Ermənistanda 2025-ci il dekabrın 10-12-də keçirilməsi planlaşdırılan məclis təxirə salınmışdı. Sonra isə toplantının bütün ermənilərin ali patriarxı, katolikos II Qareginin çağırışı ilə Avstriyanın Sankt-Pelten şəhərində keçirilməsi qərara alınmışdı.

Yayılan məlumatda bildirilib ki, əvvəlcə katolikos II Qaregin iştirakçıları onlayn formatda salamlayıb. Onun ardınca Böyük Kilikiya Evinin katolikosu I Aram, Qüdsün erməni patriarxı, arxiyepiskop Nurxan Manukyan və Konstantinopol patriarxı, arxiyepiskop Saak Maşalyan müraciətlə çıxış ediblər. Gündəlik təsdiqləndikdən sonra işlərin davam etdirilməsi üçün şura seçilib. Həmin gün Sankt-Pelten kafedralında yepiskopların iştirakı ilə axşam ibadəti keçirilib. Toplantıda ABŞ-ın Şərqi Erməni Yeparxiyasının rəhbəri, yepiskop Mesrop Parsamyan da iştirak edib.

İclasın sonunda yepiskoplar bəyanat yayaraq müqəddəs adlandırdıqları Eçmiədzin Ana Taxtına və bütün ermənilərin katolikosuna sadiqliklərini bir daha təsdiqləyiblər. Bəyanat müəllifləri “əsassız cinayət təqibi” (?) səbəbindən katolikos II Qareginin və 6 yepiskopun Ermənistandan çıxa bilməyərək toplantıda iştirak etməməsindən dərin narahatlıq ifadə ediblər: “Dəyişməz əminliyimiz ondan ibarətdir ki, məhz milli dövlət erməni xalqının davamlılığının və milli arzularının həyata keçirilməsinin təminatçısıdır. Bu yolda erməni kilsəsi heç vaxt xarici qüvvələrə və ya kənar maraqlara xidmət etməyib və etmir; o, sadiqliyini yalnız erməni xalqına, onun dövlətçiliyinə və milli kimliyinin qorunmasına yönəldib”.

Yepiskoplar kollegiyası bu kontekstdə kilsə–dövlət münasibətlərinin hazırkı arzuolunmaz vəziyyəti ilə bağlı dərin narahatlıq bildirib və yaranmış təhlükəli şəraitdə Ermənistan hakimiyyətini kilsəyə qarşı təqibləri (?) dayandırmağa, kilsənin əsrlərlə formalaşmış suverenliyinə və muxtariyyətinə hörmət etməyə çağırıb. Bəyanatda həmçinin vurğulanıb: “Xarici təzyiq altında hər hansı islahat təşəbbüsünü qəbuledilməz hesab edərək, erməni kilsəsinin qarşısında duran çağırışların aradan qaldırılması və daxili nizamasalma işlərinin yalnız Arxiyerey Məclisində və kilsənin ali kanonik orqanlarında həyata keçirilməsini zəruri sayırıq. Biz, erməni kilsəsinin yepiskopları, kilsənin birliyinin, sülh və həmrəyliyinin görünən simvolu və təminatı kimi Müqəddəs Eçmiədzin Ana Taxtına və bütün ermənilərin katolikosuna sadiqliyimizi bir daha təsdiqləyirik”. Bəyanatı 5-i arxiyepiskop, 20-si yepiskop olmaqla ümumilikdə 25 din xadimi imzalayıb.

Toplantının sonunda yayılan bəyanatda əskini tapan fikirlərə gəldikdə qeyd etmək lazımdır ki, ilk baxışda mənəvi birlik və dövlətçilik təəssübkeşliyi ritorikası ilə zəngin görünsə də, mətnin məğzi Ermənistan daxilində davam edən siyasi qarşıdurmada kilsənin açıq tərəf kimi çıxış etdiyini bir daha nümayiş etdirir. “Əsassız cinayət təqibi” ifadəsi ilə hüquqi prosesi qabaqlayan qiymət verilməsi artıq siyasi mövqedir. Əgər məsələ hüquq müstəvisindədirsə, bunu məhkəmə müəyyən etməlidir. Lakin yepiskoplar istintaqı əvvəlcədən qeyri-legitim elan etməklə həm dövlət institutlarına təzyiq göstərir, həm də dini nüfuzdan siyasi sipər kimi istifadə edirlər.

Bəyanatda yer alan “kilsə heç vaxt xarici qüvvələrə xidmət etməyib” tezisi isə tarixi faktlarla uzlaşmır. Erməni Apostol Kilsəsi müxtəlif dövrlərdə Rusiya imperiyasının Cənubi Qafqaz siyasətində mühüm ideoloji dayaqlardan biri olub. Çar Rusiyası dövründə Eçmiədzin təkcə dini mərkəz kimi deyil, həm də imperiyanın regiondakı təsir aləti kimi çıxış edirdi. Sonrakı mərhələlərdə də kilsə rəhbərliyinin geosiyasi mərkəzlərlə sıx təmasları sirr olmayıb. XIX əsrin sonu–XX əsrin əvvəllərində formalaşan radikal erməni millətçi ideologiyasının, xüsusilə “böyük Ermənistan” konsepsiyasının təşviqində kilsə strukturları və daşnak təşkilatları paralel fəaliyyət göstəriblər.

1980-ci illərin sonlarında Qarabağ məsələsinin qızışdırılması zamanı kilsə xadimlərinin mitinqlərdə və ictimai kampaniyalarda iştirakı sənədləşdirilmiş faktdır. Ruhani statusdan istifadə edərək emosional səfərbərlik aparmaq, tarixi-dini arqumentlərlə siyasi iddiaları gücləndirmək həmin mərhələdə açıq müşahidə olunurdu. Bu, kilsənin yalnız “mənəvi missiya” ilə məhdudlaşmadığını göstərir.

* * *

Diqqəti cəlb edən odur ki, kilsənin bu cür əməllərinə hazırda təkcə Ermənistan hakimiyyəti qarşı çıxmır. İctimai-siyasi fəaliyyətlə məşğul olan digər şəxslər də kilsənin yalan üzərində qurulmuş toxunulmazlıq mifinin dağıdılmasına çalışırlar. “Respublika naminə” partiyasının lideri Arman Babacanyan hazırda kilsəyə qarşı ən açıq və sərt mövqe sərgiləyən siyasətçilərdən hesab olunur. O, dəfələrlə bəyan edib ki, Erməni Apostol Kilsəsi Konstitusiyada təsbit olunmuş dünyəvi dövlət prinsipinə hörmət etməli və siyasi proseslərdə tərəf kimi çıxış etməməlidir. Babacanyanın fikrincə, II Qareginin və bəzi yüksək rütbəli din xadimlərinin hökumət əleyhinə aksiyalara dolayısı və ya birbaşa dəstəyi kilsənin mənəvi institut statusuna zərbə vurur. Partiya lideri bu günlərdə bir daha bildirib ki, ruhani rəhbərlik xüsusilə postmüharibə dövründə revanşist dairələrlə eyni ritorikanı bölüşərək cəmiyyətdə qarşıdurma mühitini dərinləşdirib.

Siyasətçi, həmçinin kilsənin geosiyasi istiqaməti məsələsini qabardıb. Onun sözlərinə görə, kilsə rəhbərliyinin Rusiyaya yaxın mövqedə dayanması və Moskva ilə xüsusi münasibətlərini gizlətməməsi Ermənistanın suveren qərarvermə imkanlarına kölgə salır. Babacanyan hesab edir ki, dini institut heç bir xarici güc mərkəzi ilə siyasi koordinasiya görüntüsü yaratmamalıdır.

Siyasi şərhçi Styopa Safaryan isə hesab edir ki, müharibədən sonra formalaşan emosional və psixoloji gərginlik bəzi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunur və kilsə bu prosesdə platformaya çevrilib. Onun fikrincə, dini tribunadan səslənən sərt bəyanatlar ictimai travmanı sağaltmaq əvəzinə onu dərinləşdirir, barış və rasional müzakirə mühitini zəiflədir. Safaryan kilsənin siyasi neytrallığa qayıtmasının vacibliyini vurğulayır.

Göründüyü kimi, Ermənistanda artıq kilsənin toxunulmazlıq mifi dağılıb. Uzun illər tənqid hədəfindən kənarda saxlanılan bu institut indi açıq ictimai və siyasi müzakirə predmetinə çevrilib. Cəmiyyət daxilində də vahid münasibət yoxdur və bu, əvvəlki konsensusun sarsıldığını göstərir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri