Icma.az
close
up
RU
Eçmiədzinin “toxunulmazlıq” mifi dağılır

Eçmiədzinin “toxunulmazlıq” mifi dağılır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Keşiş libaslı siyasətbazların iflası yaxınlaşır

Tarixən erməni və Azərbaycan xalqları arasında nifaq salınmasında, milli ədavətin qızışdırılmasında, sonda qanlı etnik münaqişənin baş verməsində müstəsna rol oynamış Erməni Apostol Kilsəsi indi də bu mənfur əməllərindən əl çəkmir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisindəki alban kilsələrini həyasızcasına “qədim erməni dini-mədəni irs nümunələri” adlandıran kilsə rəhbərliyi bu istiqamətdə təbliğat aparır, guya, həmin abidələrin dağıdıldığını iddia edir. Kilsənin fəaliyyətinin mühüm bir istiqamətini də “milli xəyanət”də ittiham etdiyi baş nazir Nikol Paşinyan hökumətinə qarşı mübarizə aparmaq təşkil edir. Din xadimi adlanan bu məxluqlar hesab edirlər ki, Paşinyan təslimçi, xəyanətkardır, Qarabağı Azərbaycana “təslim edib”, guya, erməni xalqının milli maraqlarına zidd addımlar atır və sair.

Məhz bu yanaşma səbəbindən İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra kilsə rəhbərliyi, konkret olaraq, katolikos II Qareginlə Paşinyan arasında münasibətlər pisləşib. Bu ilin mayından isə əlaqələr kəskin ziddiyyətli dövrə qədəm qoyub. Paşinyan katolikosun ünvanına bir sıra sərt, lakin gerçək fikirlər səsləndirib. Katolikosun, yepiskop və arxiyepiskopların, diakonların yarıtmaz əməllərini, cübbəyə bürünərək çıxdıqları, çıxardıqları oyunları faktlarla ortaya qoyub. Keşişlər isə öz növbələrində, necə deyərlər, hücuma keçərək ölkədə qarışıqlıq salmaq, təxribatlar törətmək istiqamətində fəaliyyət göstərirlər. Ancaq Ermənistan hüquq-mühafizə orqanları da önləyici addımlar ataraq, təxribatçı-pozucu qüvvələri neytrallaşdırırlar.

Burada bizim üçün xüsusilə önəmli olan erməni din xadimlərinin Azərbaycandan “qisas almaq”, revanşist düşüncələrdə olmalarıdır. Onlar Ermənistan daxilində bu cür düşünən qüvvələrlə bir sırada addımlayırlar. Oktyabrın 15-də hayların “Araqaçotn” adlandırdıqları Kərkibasar mahalının yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb. II Qareginin qohumu olan yepiskop, həmçinin, Sağmosavank monastırının ruhani rəhbəri, keşiş Paren Arakelyan həbs ediliblər. Daha sonra yayılan xəbərdə saxlanılan keşişlərin sayının 6-ya çatdığı bildirilib. Vəkil Ara Zohrabyan saxlanılanların hamısının Kərkibasar yeparxiyasının nümayəndələri olduğunu bildirib. Keşiş Paren Arakelyandan əlavə daha 5 keşiş və bir neçə mülki şəxs Ermənistan İstintaq Komitəsinə aparılıb.

İstintaq Komitəsinin yayadığı məlumatda isə bildirilib ki, qanunsuz mitinqlərin keçirilməsinə, zorakılığa məcbur etmək məqsədilə səlahiyyətlərindən və ya xidməti imkanlarından istifadə etməklə Araqatsotn dini dairəsinin rəhbəri və 6 din xadimi, eləcə də mülki şəxslər saxlanılıb. Bundan əlavə, fakt üzrə cinayət işinin ilkin araşdırması çərçivəsində zəruri istintaq və sübut tədbirləri həyata keçirilir. Əlavə olaraq rəsmi məlumat veriləcəyi bildirilib.

***

Beləliklə, Ermənistanda oktyabrın 15-də Kərkibasar yeparxiyasının rəhbəri Mkrtiç Proşyanın evində aparılan axtarış və bir neçə keşişin saxlanılması faktı ölkənin ictimai-siyasi həyatında uzun illər toxunulmaz kimi təqdim olunan bir sahəyə – kilsəyə yönəlmiş addım kimi diqqət çəkir. Bu hadisə təsadüfi deyil. Ermənistan hakimiyyəti çoxdan anlayır ki, dini institutlar artıq mənəviyyatın deyil, siyasi ambisiyaların mərkəzinə çevrilib və dövlətin idarəetmə sisteminə maneə yaradır.

Kilsə rəhbərliyinin son illərdəki fəaliyyəti göstərir ki, Eçmiədzin artıq dini mərkəz olmaqdan çox, müəyyən siyasi dairələrin təsir alətinə çevrilib. Mkrtiç Proşyan və onun ətrafının qanunsuz mitinqlərin təşkilində, zorakılıq çağırışlarında iştirakı ilə bağlı iddialar da bu mənzərənin bir hissəsidir. Özünü dini lider adlandıran şəxslərin, əslində, siyasi intriqaların iştirakçısına çevrilməsi həm dövlət institutları, həm də cəmiyyət üçün təhlükəli tendensiyadır. Son illər Ermənistan kilsəsinin fəaliyyətində müşahidə olunan əsas cəhət onun sistematik şəkildə dövlətlə qarşıdurmaya meyilli olmasıdır. Ən kiçik ictimai hadisə belə kilsə tərəfindən hökumət əleyhinə kampaniyaya çevrilir. Ruhanilərin bir hissəsi dövlət siyasətini dini dəyərlərlə ziddiyyət kimi təqdim etməyə çalışır, bu isə kütlələrdə çaşqınlıq yaradır. Halbuki, müasir dövlətlərdə kilsənin vəzifəsi ictimai sabitliyə töhfə verməkdir, siyasi mübarizənin bir hissəsinə çevrilmək deyil.

Mkrtiç Proşyanın və Paren Arakelyanın saxlanılması bu mənada dövlətin gecikmiş, amma zəruri addımıdır. İllərdir ki, kilsə rəhbərliyi ruhanilərin toxunulmazlıq statusundan sui-istifadə edərək özünü cəmiyyət üzərində hakim qurum kimi təqdim edir. Halbuki, dini rəhbərlik ölkədə baş verən sosial və mənəvi tənəzzülə görə birinci növbədə məsuliyyət daşımalıdır. Ermənistanda artan miqrasiya, ailə institutunun zəifləməsi, sosial bərabərsizlik kimi problemlər fonunda kilsə bu məsələlərə diqqət ayırmaq əvəzinə, siyasi proseslərə qarışmağı üstün tutur.

Bu gün Ermənistanın dini sistemi faktiki olaraq korrupsiya və şəxsi maraqlar əsasında formalaşıb. Ruhanilər içərisində var-dövlət toplamaq, ianə kampaniyalarından və kilsə torpaqlarından gəlir əldə etmək adi hala çevrilib. Məhz buna görə də sadə vətəndaş üçün kilsə artıq mənəvi mərkəz deyil, imtiyazlı bir təbəqənin rəmzidir. Belə vəziyyətdə dövlətin dini strukturları nəzarətə götürməsi və qanunsuzluqlara qarşı hüquqi addımlar atması tamamilə əsaslıdır.

Erməni cəmiyyətində uzun müddət davam edən bir yanlış stereotip var ki, guya, kilsəyə toxunmaq milli kimliyə qarşı çıxmaq deməkdir. Bu yanaşma ölkəni bugünkü böhran vəziyyətinə gətirib. Kilsə nəinki milli birliyin qoruyucusu rolunu itirib, hətta bəzən bu birliyi parçalamağa xidmət edən fəaliyyətlərə yol açıb. Kərkibasar yeparxiyasının nümayəndələrinin dövlət orqanları tərəfindən saxlanılması məhz bu səbəbdən mühüm dönüş nöqtəsi ola bilər. İstintaq Komitəsinin açıqlamasında qeyd olunan “səlahiyyətlərdən sui-istifadə” ifadəsi kilsə daxilindəki uzunmüddətli nizam-intizam pozuntularına işarədir. Ruhanilərin bir qismi dini statusdan istifadə edərək öz bölgələrində siyasi təbliğat aparır, hökumət əleyhinə çağırışlar səsləndirir, insanları etirazlara qoşulmağa təşviq edir. Bütün bunlar isə dini fəaliyyətin mahiyyətinə tam ziddir.

Əslində, Ermənistan hökumətinin bu addımı dini azadlıqlara qarşı deyil, dini məsuliyyətsizliyə qarşı yönəlib. Dövlət üçün əsas məqsəd dinin siyasi alətə çevrilməsinin qarşısını almaqdır. Çünki kilsə siyasətə qarışdıqca, cəmiyyətin dəyərləri daha da təhrif olunur. Paşinyan hökumətinin atdığı addım kilsənin öz funksional çərçivəsinə qaytarılması üçün vacibdir. Əgər bu prosesi davam etdirmək mümkün olarsa, Ermənistan cəmiyyəti uzun illərdir üzləşdiyi mənəvi böhrandan qurtula bilər.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, din xadimi adlanan bu şəxslərin həbsi, bəzilərinin gözündə sərt addım kimi görünsə də, əslində, bu, kilsə daxilində uzun müddət yığılıb qalmış problemlərin təmizlənməsi prosesidir. Onun sözlərinə görə, kilsə rəhbərliyi illərdir ki, siyasi proseslərə təsir etməklə, hətta seçkilər zamanı müxtəlif namizədlərə gizli dəstək verməklə məşğuldur: “Bu fəaliyyət həm dövlətin dünyəvi xarakterinə, həm də cəmiyyətin mənəvi balansına zərbə vurur. Paşinyan hakimiyyətinin qarşısında duran əsas məsələ kilsəni dövlətin idarəetmə sisteminə tabe etdirmək deyil, onu real dini institut kimi bərpa etməkdir. Çünki dini strukturlar siyasi alətə çevrildikdə onların nüfuzu qaçılmaz şəkildə itir. Kilsə bu gün Ermənistan üçün nə mənəvi dayaqdır, nə də birləşdirici amil. Əksinə, o, müxtəlif qrupların mübarizə meydanına çevrilib.

Mkrtiç Proşyan və onun tərəfdarlarının həbsinə verilən ictimai reaksiya göstərir ki, cəmiyyətin bir hissəsi artıq kilsənin əvvəlki mövqeyini qəbul etmir. İnsanlar dini liderlərin siyasi bəyanatlarından, maddi maraqlarından, təmtəraqlı həyat tərzindən bezib. Dəyişən ictimai münasibət kilsənin öz daxilində islahatlara məcbur edəcək. Əks halda, dövlətin hüquqi mexanizmləri bu boşluğu dolduracaq”.

Politoloq bu fikirdədir ki, Kərkibasar yeparxiyasına qarşı aparılan istintaq tədbirləri Ermənistanın mənəvi həyatında dönüş nöqtəsidir. Hakimiyyətin bu addımı təkcə konkret şəxslərə yönəlməyib, həm də bütövlükdə dini strukturların məsuliyyətini gündəmə gətirib. Ermənistanın gələcəyi üçün kilsənin dövlətin deyil, cəmiyyətin mənəvi inkişafına xidmət edən, amma siyasətdən uzaq duran bir quruma çevrilməsi vacibdir.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri