Kim Çen In Ukraynada həlak olan hərbçilərin ailələrinə qayğı göstərəcəyini vəd edib
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, KXDR-in rəsmi informasiya agentliyi olan Mərkəzi Telegraf Agentliyi (MTAK) bildirib ki, dünən "Koreya Xalq Ordusunun xarici bölmələrinin" ikinci milli mükafatlandırma mərasimi keçirilib.
Partiyanın rəsmi qəzeti olan "Nodon Sinmun" isə qeyd edib ki, Kim Çen In şəxsən həlak olan hərbçilərin ailələrinə dəstək verib və onlara şəkillərini təqdim edərək, baş əyib.
Mərasim, Pxenyanın dövlət banket salonunda keçirilib. Kim, həlak olan hərbçilərin ailələrinə, üzərində Şimali Koreya bayrağı olan portretlər təqdim edib.
Kim, həmçinin vəd edib ki, xaricdə keçirilən əməliyyatlarda həlak olmuş hərbçilərin övladlarının tərbiyəsini öz üzərinə götürəcək.
"Onlar heç vaxt mənə qısa bir məktub belə yazmadılar, amma mən inanıram ki, onlar evlərini və sevdikləri uşaqlarını mənə etibar ediblər. Onların oğulları və qızları bizim inqilabi məktəblərimizə göndəriləcək, burada mən, dövlət və ordumuz onların yaxşı tərbiyəsini tamamilə öz üzərimizə götürəcəyik", — deyə o bildirib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Avqust 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















