Icma.az
close
up
RU
Ukraynada həlak olan hərbçilərin ailələrinə yardımla bağlı qayda dəyişdirilib

Ukraynada həlak olan hərbçilərin ailələrinə yardımla bağlı qayda dəyişdirilib

Icma.az, Ayna portalına istinadən məlumat verir.

“Bu yanaşma ailələrin ilkin ehtiyaclarını ödəməklə yanaşı, onlara uzunmüddətli maliyyə sabitliyi də təmin etməyə imkan verir”

Ukrayna Müdafiə Nazirliyi həlak olmuş hərbçilərin ailələrinə birdəfəlik maliyyə yardımının təyin edilməsi və ödənilməsi qaydasını yenidən nəzərdən keçirib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, dəyişikliklərin məqsədi həlak olmuş müdafiəçilərin ailələrini yalnız təcili dəstək ilə deyil, həm də uzun illər ərzində sabit maliyyələşmə ilə təmin etməkdir.

Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, yeni qaydalar 2025-ci il sentyabrın 1-dən qüvvəyə minib və həmin tarixdən sonra ölümü rəsmi olaraq təsdiqlənmiş hərbi qulluqçulara şamil olunur.

Daha əvvəl yaxınlarını itirmiş ailələr üçün isə köhnə ödəniş proseduru qüvvədə qalır.

Yeni mexanizmə əsasən, birdəfəlik pul yardımının ümumi məbləği əvvəlki kimi 15 milyon qrivna (360 min dollardan artıq) təşkil edir. Lakin artıq vəsait iki mərhələdə ödəniləcək: məbləğin 1/5-i (3 milyon qrivna) sənədlər rəsmiləşdirildikdən dərhal sonra ailəyə verilir, qalan 12 milyon qrivna isə 80 ay ərzində (təxminən 6,5 il) bərabər hissələrlə ödəniləcək. Bu da hər ay təxminən 150 min qrivna deməkdir.

“Bu yanaşma ailələrin ilkin ehtiyaclarını ödəməklə yanaşı, onlara uzunmüddətli maliyyə sabitliyi də təmin etməyə imkan verir”, - deyə qeyd olunub.

Nazirlikdən vurğulanıb ki, dəyişikliklər genişmiqyaslı müharibə şəraitində artan müdafiə xərclərini, həmçinin yardım sisteminin şəffaf və proqnozlaşdırıla bilən olmasına ehtiyacı nəzərə alır. Yeni qaydalar Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bütün bölmələrinə şamil ediləcək.

Qeyd edək ki, Ukrayna Nazirlər Kabinetinin 2022-ci il 28 fevral tarixli, №168 Qərarına əsasən, vətənin müdafiəsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailələrinə 15 milyon qrivna birdəfəlik maliyyə yardımı ayrılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri